23 dekabr 2013 00:53
Popoviç və Nduka oynamadı, komandaları məğlub oldu
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Tavşanlı Linyitspor” klubu da növbəti matçına çıxıb.
Azərbaycan millisinin sabiq futbolçusu Usim Nduka ilə qapıçı Andrey Popoviçin heyətində yer aldığı bu komanda səfərdə “Qaziantep BB” ilə qarşılaşıb. Görüş həmyerlilərimizin komandasının məğlubiyyəti ilə başa çatıb.
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Lakin təəssüf ki, onların heç biri bu qarşılaşamada forma geyməyib. Nduka ehtiyatda qalıbsa, Popoviçin adı matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, “Tavşanlı Linyitspor” hazırda 12 xalla 18-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
18-ci tur
22 dekabr
Qaziantep BB - Tavsanlı Linyitspor - 2:1
