23 dekabr 2013 00:44
Davud Kərimi yenə ehtiyatda qaldı, komandası 1 xalla kifayətləndi
Futbol üzrə Türkiyə PTT 1-ci liqasında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı qapıçı Davud Kəriminin çıxış etdiyi "Fətihiyəspor" "Boluspor"un qonağı olub.
Oyun 1:1 hesabı ilə başa çatıb. Baş məşqçi Engin İpekoglu bu görüşdə də Davudu ehtiyatda saxlayıb.
Qeyd edək ki, "Fəthiyəspor" 17 oyundan sonra 13 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
