23 dekabr 2013 00:33

Yuri Syomin: Rusiyaya qayıdacağammı? Bu, təhrikçi sualdır

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin, müsahibəsində “radarlar”ın düşərgəsindəki işindən, Con Toşakın uğursuzluğunun səbəbindən, Kurban Berdıyevin gələcək perspektivlərindən danışıb.
 
- Rusiya və Ukraynadakı uğurlardan sonra, Azərbaycanda işlər necə gedir?
- İşlər yaxşıdır. Özü də Azərbaycanda ruslara yaxşı münasibət əvvəlki kimi qalıb. Burada rus dilini əvvəlki kimi çoxları bilir. Buna rəğmən, komandada tərcüməçi var. Zərurət təqdirində o, məlumatı gənc oyunçulara çatdırır. Bax, cavanlar rus dilini tam bilmir.
 
Belə isə... Nəticəyə nail olmaq hər yerdə elə də asa deyil. Əgər kimsə Azərbaycan çempionluğunu qazanmağı asan hesab edirsə, çox yanılır. Burada səviyyəli məşqçilər çalışır. Bax, yaxınlarda Con Toşak karyerasını başa vurdu. Sözaras, onda heç nə alınmadı.
 
- Niyə?
- Azərbaycan liqası kifayət qədər çətindir. 10 komanda 4 dövrədə yarışır. Bütün zəiflər ələnib. Asan oyunlar yoxdur. Liderlər köhnə liderlərdir - “Neftçi” və “Qarabağ”. Onlar hər il çempionluq yarışında rəqabət aparır. Hazırda biz bu birliyə girişmişik və hələlik onlarla bu mübarizədə tab gətiririk. Birinci pillədən bir xal geri qalırıq.
 
- Rusiyadakı işlərə keçək. Berdıyevin “Rubin”dən istefasın şərh edə bilərsiniz?
- İlk öncə, demək lazımdır ki, Qurban çox böyük iş görüb. Özü də, nəinki Kazan üçün, bütün Rusiya futbolu üçün. Onun gördüyü işə böyük hörmətlə yanaşıram. Bu, hamıya qismət olmur: Birinci liqadan olan komandanı çempionluğa yüksəltmək. Berdıyev özünün futbol istiqamətini görürdü və gün hamı “Rubin”ə hörmət edir.
 
İstefaya gəlincə, belə dövr hər bir məşqçidə olur. Mənim “Lokomotiv”də, Oleq Romantsevin “Spartak”da. Kazandakı dəyişikliklər nəyə gətirəcək? Yəqin ki, nüansları bilən klub rəhbərləri   bu suala məndən yaxşı cavab verə bilərlər.
 
- “Rubin”in sizə marağının əsasları var?
- “Rubin” rəhbərliyi qarşısında hazırda çətin seçim var. Hansı yolla getmək? Çox çətindir... Deyək ki, “Spartak” Romantsevin gedişindən sonra, indiyə qədər heç nə qazana bilmir. Oxşar vəziyyət MOİK, “Lokomotiv”də olub... Burada, hesab edirəm ki, hər şey bu və ya digər namizədi seçəcək rəhbərlərin duyumundan asılıdır. Onlar yəqin ki, kifayət qədər çoxdur.
 
Mənim familiyam orada gözə dəyirmi? Bəs niyə o gözə dəyməməlidir? Mən Rusiya çempionu olmuşam, Ukrayna birinciliyini qazanmışam, kuboklar əldə etmişəm... İndi biz Azərbaycanda titul uğrunda mübarizə aparırıq. Bax, mən hər şeyi belə şərh edirəm..
 
- Berdıyev özünü hər hansı başqa Rusiya klubunda tapa bilər?
- Əlbəttə! İndi deyirlər: Guya “Rubin”də bütün sistem ona uyğun qurulmuşdu. Axı bu, nə deməkdir? Axı o özü bunu qurmuşdu. Nəyi düzgün bilirdisə, edirdi və nəticəyə nail olurdu. Yəqin ki, gələcək sifarişçi ona müəyyən sərbəstlik verəcək. Mən əminəm ki, Berdıyev hələ bir çox komandalara xeyir gətirəcək.
 
- Əgər sizə qışda Rusiyada maraqlı iş təklif olunsa, “Qəbələ”dən gedə bilərsiniz?
- Bu, təhrikçi sualdır. Mənə gözəl münasibət bəsləyən rəhbərlərim var. Bizim yaxşı münasibətimiz var. Buna görə də, gəlin, tələsməyək.
 
(Sport-Ekspress)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.