23 dekabr 2013 13:09

Topaz Premyer Liqasında 11 hakim

Topaz Premyer Liqasının 18-ci turunda keçirilən “Xəzər Lənkəran” – “Sumqayıt” qarşılaşmasını idarə edən Ramil Əhmədov mövsümdə ilk dəfə baş hakim kimi meydana çıxıb. Azerisport.az xəbər verir ki, əvvəlki qarşılaşmalarda dördüncü hakim və əlavə hakim köməkçisinin funksiyasını yerin yetirən ədalət təmsilçisi bu mövsüm ilk dəfə Topaz Premyer Liqasında matç idarə edib.
 
Əhmədov 18 turun 90 matçında baş hakim kimi iştirak edən 11-ci referidir. 2012/13 mövsümündə də 2 qarşılaşma idarə edən hakim özünün 2-ci mövsümündə meydana çıxıb.
 
Cari mövsümdə meydana çıxan 11 baş hakim arasında rekord isə Əliyar Ağayevə məxsusdur. FIFA hakimi 16 matçda iş başında olub. Premyer  Liqada 5-ci mövsümünü keçirən Ağayev ölkə çempionatındakı ümumi oyun sayını 70-ə çatdırıb.
 
Ümumiyyətlə ötən mövsüm baş hakim kimi meydana çıxan 13 referinin 10-u bu mövsüm yenə meydanda olub. Anar Salmanov, Elçin Məmmədov və Namiq Bəkirovun kənarda qaldığı mövsüm Səbayel Qurbanovanın Premyer Liqaya qayıdışı ilə əlamətdar olub. Qadın hakim 2011/12 mövsümündə oyun idarə etsə də, 2012/13 mövsümündə Premyer Liqa oyunlarına təyinat almamışdı.
 
Qeyd edək ki, cari mövsümdə özünün 200-cü çempionat matçını idarə edən Vüsal Əliyev ən azı bu qədər qarşılaşma idarə edən 5-ci hakim olub.
 
Hakim
Cari mövsümdə oyun sayı
Mövsüm sayı
Ümumi oyun sayı
1.
Əliyar Ağayev
16
5
70
2.
Rəhim Həsənov
15
5
68
3.
Vüsal Əliyev
13
11
202
4.
Fariz Yusifov
12
12
222
5.
Orxan Məmmədov
11
4
30
6.
Rauf Cabbarov
10
6
61
7.
Ramil Diniyev
7
6
44
8.
Elvin Əsgərov
3
6
36
9.
Səbayel Qurbanova
1
2
3
10.
Ömər Paşayev
1
2
2
11.
Ramil Əhmədov
1
2
3

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.