23 dekabr 2013 00:29
Erat 90 dəqiqə oynadı, Eren debüt etdi
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Toğrul Eratın forma geyindiyi "Fortuna" evdə meydana çıxıb.
Düsseldorf təmsilçisi lider "Köln"ü qəbul edib. İlk yarıda iki qol buraxan "Fortuna" 55 və 62-ci dəqiqlərdə tarazlığı bərpa etsə də, 75-ci dəqiqədə məğlubiyyətə səbəb olan qola əngəl ola bilməyib - 2:3.
Toğrul ardıcıl üçüncü matçda da start heyətində yer alıb və 90 dəqiqə oynayıb. 21 yaşadək futbolçulardan ibarət millimizə namizəd Eren Taşkın isə bu oyunda Bundesliqada debüt edib. 46-cı dəqiqədə Oliver Finkin əvəzinə meydana çıxan Taşkın 88-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, 19 turda 25 xal toplayan "Fortuna" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
