22 dekabr 2013 11:33

Tahir Süleymanov: Bəlkə qış çempionu Çempionlar Liqasına gedəcək, xəbərimiz yoxdur?!

"Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov azərisport.az saytına açıqlamasında AZAL ilə oyundan, hakim idarəçiliyindən və baş məşqçi Nazim Süleymanovdan danışıb.

- Son turdakı məğlubiyyət nə ilə əlaqədardır?
- Ümumiyyətlə, təəssüflər olsun ki, bəzi insanların dilində "Neftçi" məğlub olmağı bacarmır, kimi cümlələr işlədilir. Biz bir neçə tur əvvəl "Qarabağ"a 1:-3 hesabı ilə uduzanda bir söz demədik. Rəqibi təbrik etdik. Halbuki, həmin görüşdə qapımıza penalti də təyin olunmuşdu. Amma hakim idarəçiliyi ilə bağlı ciddi problem olmamışdı. Biz bütün görüşlərdə səviyyəli hakimlik istəyirik ki, güclü olan tərəf qalib gəlsin. AZAL ilə görüşdə belə idarəçilik olmamalı idi. 

- Hesab oyuna görə oldu, yoxsa?
- AZAL meydana döyüşkən ruhda çıxmışdı. Onların qələbəsinə kölgə salmaq fikrimiz yoxdur. Biz oyunun gedişinə təsir edən səhvlərin araşdırılmasını istəyirik. İkinci qolu vuran Şemonayev o vaxt meydanda olmamalı idi. Matç ərzində Araz Abdullayevə və Elvin Yunuszadəyə qarşı dəfələrlə kobud oynadı. Lakin hakim buna fikir vermədi. Məhz hakimin bu kobudluqlar zamanı susması, futbolçularımızın emosiyaya qapılmasına səbəb oldu. Qapıçı Ruslan Məcidovun əllə oyunu zamanı qırmızı vərəqə göstərilməli idi. Bütün bu qərarlar oyunun gedişinə təsir etdi. Top birmənalı şəkildə qapı istiqamətinə getdiyi üçün Məcidov qırmızı vərəqə almalı idi. Araz Abdullayev birmənalı şəkildə topu qapıdan keçirəcəkdi.

- Sizin futbolçulara göstərilən qırmızı vərəqələr haqlı idi?
- Mahir Şükürov və Elvin Yunuszadəyə göstərilən vərəqə haqlı idi. Biz bununla bağlı bir söz demirik. Amma buna qədər qapıçı Məcidov və Şemonayev meydandan qovulsaydı bütün bunlar baş verməyəcəkdi. Əsas, düzgün idarəçiliyin olmasıdır. İndi deyirlər ki, "Neftçi" "qış çempionu" ola bilmədi. "Qış çempionluğu" nə verir ki? Axı çempion sonda məlum olur. Bizə mayda çempion olmaq lazımdı. Ötən ildə də fasiləyə yollananda liderdən 5 xal geri qalırdıq. Amma sonda çempion olduq. 

- Qırmızı vərəqə alan futbolçularınız cəzalanacaqmı?
- Onlara ən böyük cəza AZAL ilə oyunda 3 xal itkisi oldu. 

- Hakim idarəçiliyi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət olunubmu?
- Oyundan dərhal sonra Peşəkar Futbol Liqasında olduq. Bir məqamı xüsusi vurğulamaq istərdim. PFL klubların müdafiəsinə qalxmalıdır. FIFA və UEFA qanunları da bunu deyir. Hakimlər Komitəsi qanuna söykənərək PFL-ə tabe olmamalıdır. Belə olan halda hakimlər onlara yaradılan şəraitə uyğun idarəçilik etməlidir. Biz bütün bunlarla bağlı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə danışmışıq. Oyunun videoyazısına baxmışıq. Bu mənada? biz son oyundakı idarəçiliklə bağlı araşdırma aparılmasını istəyirik. Hakimlərin belə işi bizi özümüzdən çıxmağa vadar edir. Heç vaxt AZAL ilə oyunda olduğu qədər emosiyalı olmamışdıq.

- Beynəlxalq dərəcəli hakim olmusunuz. Amma AZAl ilə görüşdə hakimliyə etiraz edənlərdən biri siz oldunuz. Heç vaxt sizi belə halda görməmişdik...
- Etiraz edənlərdən birincisi mən oldum. Mənim kimi səbrli və təcrübəli insanı bu hala çatdırırlarsa, gör azarkeşlər necə hisslər keçirir. Bu yolla bizim qarşımızı almaq istəyənlər öz acizliklərini göstərirlər. Başa düşürlər ki, "Neftçi"nin qarşısını başqa yolla almaq mümkün deyil. Qış çempionluğu deyirlər, bəlkə xəbərimiz yoxdur, qış çempionu Çempionlar Liqasına gedəcək? 

- Bəlkə heyətdə güclənməyə ehtiyac var?
- İndiki "Neftçi" Milanda "İnter"lə 2:2 oynayan komandadır. Sadəcə Kanales və Vobay yoxdu. Heyətlə bağlı məşqçilər korpusunun və rəhbərliyin müzakirəsi olacaq. Etiraf edirəm ki, komandamız bu gün stabil oynamır. Hələlik istədiyimiz oyunu sərgiləmir. Amma qarşıda qış hazırlığı var və biz bu müddətdən istifadə etməyə çalışacağıq.

- Baş məşqçiylə bağlı mətbuatda müxtəlif fikirlər səslənir...
- "Neftçi" rəhbərliyi hər zaman yerli məşqçilərə dəstək olub. Arif Əsədov, Böyükağa Hacıyev, Tərlan Əhmədovla işləmişik. Hal hazırda Nazim Süleymanovla yolumuzu davam edirik. Amma futbolda hər şey nəticəyə bağlıdır. Nə qədər hakim haqsızlığı ilə üzləşsək belə komandamız daha mübariz oyun sərgiləməlidir. Buna potensialı var. Biz birlikdə komandanı yenidən zirvəyə daşımalıyıq. Bizim qarşımızı kəsmək istəyə bilərlər. Amma "Neftçi" çempionluğa doğru yolunu davam edəcək. Ölkə çempionluğu bizim minimum məqsədimizdir. Əsas hədəf avrokuboklarda qrup mərhələsində layiqli mübarizə aparmaqdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.