22 dekabr 2013 15:22
Tuqrul Erat Bundesliqanın liderinə qarşı
Bu gün Almaniya 2-ci Bundesliqasında növbəti turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət futbol yığmasının yarımmüdafiəçisi Tuqrul Eratın çıxış etdiyi Düsseldorf “Fortuna”sı doğma divarlar arxasında çempionatın lideri “Köln”ü qəbul edəcək.
Qeyd edək ki, bu görüş Tuqrul Erat üçün doğma meydanda debüt ola bilər. Futbolçu buna qədər komandasının əsas heyətində iki dəfə səfərdə meydana çıxıb.
Xatırladaq ki, “Fortuna” 25 xalla 10-cu pillədə qərarlaşıb.
