22 dekabr 2013 00:01

Mais Mənsimov: Dənizli transfer siyasətində tam azaddı

“Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov klubun rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, klub prezidenti komandanın cari mövsümdəki çıxışına, Con Toşakın istefası və Mustafa Dənizlinin komandanın sükanı arxasına gətirilməsi barədə fikirlərini bildirib, qarşıdakı planlardan danışıb.
 
- ”Sumqayıt”la oyun barədə fikirlərinizi bilmək istərdik...
- Komandamızın oyunundan razı qalmadım. İkincı hissədə göstərilən oyun xüsusilə məni qane etmədi və “Xəzər Lənkəran” kimi güclü kollektivin gənc və yeniyetmələrdən qurulmuş “Sumqayıt”la oyunda qapısından 3 top buraxması problemlərin hələ də qaldığına işarədi. Biz məhz bu və digər problemlərin həlli üçün tanınmış bir mütəxəssis Mustafa Dənizlini komandamızın sükanı arxasına gətirmişik. İndicə baş məşqçimizin mətbuat konfransında söylədiyi fikirlərlə tanış oldum. Mustafa bəy də oyundan tam olaraq razı qalmayıb. Bununla belə qarşıda uzun bir fasilə dönəmi var və “Xəzər Lənkəran” fasilədən maksimum yararlanıb əvvəlki əzəmətini geri qaytarmalıdı.
 
- Toşak istefa verdikdən sonra futbol ictimaiyyəti sizin uelsli mütəxəssisin gedişinə münasibətinizlə tanış deyil. Sizcə, belə br mütəxəssis niyə “Xəzər Lənkəran”a uğur qazandıra bilmədi?
- Toşak kimi mütəxəssisin Azərbaycan futboluna gətirilməsi ölkəmizdə futbolun təbliğatı baxımından çox önəmli idi. Yaxında klubumuzun iki nümayəndəsi Londonda işgüzar səfərdə olub. Onların da söylədiyinə görə Toşakın timsalında “Xəzər Lənkəran” və Azərbaycan futbolu haqqında istənilən yerdə rahat diskussiya aparmaq olur. Amma bu işin birinci tərəfidi. Digər əsas məqam Toşakın təcrübəsindən yararlanıb “Xəzər Lənkəran”ı adət etdiyimiz yerlərə daşımaq, daha böyük uğurlar qazanmaq idi. Təəssüf ki, Toşakın işində buraxdığı səhvlər ona mane oldu. Onun futbolçulara yanaşma tərzi, məşqçilər korpusunu ilk gündən doğru şəkildə formalaşdıra bilməməsi, transfer zamanı yalnış siyasət yürütməsi sonda istefası ilə nəticələndi. Biz Toşaka ilk gündən rəhbərlik olaraq lazımi dəstəyi verdik. Belə olmasaydı, Avroliqada alınan uğursuz nəticədən sonra onun istefasını qəbul edərdik. Amma o zaman istefasını qəbul etməyib Toşakla yolumuza davam etdik, ona dəstək olduq. Di gəl ki, Toşak komandanı irəli aparmağı bacarmadı və getmək qərarını verdi.
 
- Mustafa Dənizli də tanınmış məşqçidi. Sizcə, Toşakdan fərqli Dənizli rəhbərliyin etimadını doğrulda biləcəkmi?
- Toşakın gedişindən sonra biz bir neçə gün məsləhətləşmələr apardıq, uğursuz nəticələri analiz edərək əvvəl buraxılan səhvləri nəzərdən keçirdik. Belə də namizədlər arasında Mustafa Dənizli üzərində dayandıq. Cünki, o mentalitet olaraq bizə çox yaxındır, intizamı sevən və qardaş Türkiyəki uğurları ilə yanaşı qonşu İranda çalışıb nəticə verməsi də Dənizlinin əlavə üstünlükləridi.
 
- Qarşıda qış transfer pəncərəsi var və azarkeşləri ən çox maraqlanıdran komandanın gücləndirilməsidir. Lazımi transferlər həyata keçiriləcəkmi?
- Klub rəhbərliyi olaraq biz baş məşqçinin transfer siyasətinə qarışmırıq. Bu həmişə belə olub. Komandamızı çalışdıran heç bir mütəxəssis deyə bilməz və deməyibdə ki, rəhbərlik transfer dönəmində mənim işimə müdaxilə edib. Gizlətmirəm, biz rəhbərlik olaraq bu mövsüm iki futbolçunu heyətə qatmışıq. Bunlardan biri komandamızın seleksiyaçı-məşqçisi Mario Souzanın təklif etdiyi Deyvid Sakkoni və bizim bir neçə müddətdi izlədiyimiz Etame Mbilladı. Hər iki futbolçunun keçidində də son sözü Toşak deyib. Düşünürəm ki, hər iki futbolçu komandamıza öz oyunu ilə xeyir verən oyunçulardı. “Xəzər Lənkəran”ın baş məşqçisi transfer məsələlərində əsas söz sahibidi. Xüsusilə də qeyd edirəm ki, legioner futbolçularla yanaşı azərbaycanlı futbolçuların keçidi də baş məşqçinin səlahiyyətindədi. Dənizli də transfer siyasətində tam olaraq azaddı və onun istədiyi futbolçuları heyətə cəlb edəcəyik. “Sumqayıt”la oyun sonrası Dənizli ilə görüşümdə bunu xüsusi olaraq vurğuladım ki, fasilə dönəmində lazımi transferləri həyata keçirsin və komandanı gücləndirsin!
 
- Son olaraq həbs olunan azarkeşlər məsələsinə toxunmaq istərdik. Lənkəranda keçirilən “Böyük oyun” sonrası həbs olunan 5 azarkeş haqqında fikirləriniz necədi?
- “Xəzər Lənkəran” klubu rəhbərliyi komandamıza dəstək verən bütün azarkeşlərin arxasındadı. Sivil yolla tribunalarda bizi dəstəkləyən istənilən azarkeşin fikirlərinə hörmətlə yanaşmışıq və mütəmadi olaraq şəxsən özümdə bir neçə dəfə fəal azarkeşlərlə görüşlər keçirmişəm. Hazırda həbsdə olan azarkeşlərin durumu ilə maraqlanmaq üçün klubumuzun icraçı direktoru mənim tərəfimdən bu məsələnin araşdırılmasına təhkim olunub. Höccət Hacıyev tez-tez işi aparan müstəntiq və prokurorla görüşüb mövcud vəziyyət barədə mənə məruzə edir. Əgər məhkəmə orqanları, işi aparan müstəntiq həbs olunan azarkeşlərin hər hansı iğtişaşın iştirakında təqsirli olmasını sübuta yetirsə bizim qanunun tərəfində olmaqdan başqa yolumuz yoxdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.