21 dekabr 2013 00:29
Qış fasiləsinə fərqli əhval-ruhiyyələrlə
Topaz Premyer Liqasında 18-ci tur da geridə qaldı. Azerisport.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutdu. Bununla da 2-ci dövrəyə yekun vuruldu və komandalar qış fasiləsinə yollandılar.
Hesabat turunun ilk qarşılaşması Qəbələdə keçirildi. Bölgənin eyni adlı komandası "Bakı"nı sınağa çəkdi. Yuri Syominin komandası üçün bu qarşılaşma zirvə yarışında mövqeyini yaxşılaşdırmaq baxımından çox böyük əhəmiyyətə malik idi. Çünki ilk iki pillədəki komandalar uduzacağı halda, "Qəbələ" qış çempionu ola bilərdi. Milinko Pantiçin yetirmələri isə sadəcə öz mövqeyini qorumaq və qış fasiləsinə yaxşı əhval-ruhiyyə ilə yollanmaq üçün qələbə qazanmağı hədəfləmişdi. Amma sonda 3 xal bölgə təmsilçisinə qismət oldu. Bu qələbə sayəsində "Qəbələ" müvəqqəti zirvəyə yüksəlsə də, turun oyunları başa çatdıqdan sonra ikinciliklə kifayətlənməli oldu.
Lider "Neftçi" fasilə ərəfəsindəki son turda AZAL ilə üz-üzə gəldi. Nazim Süleymanovun komandasına 1-ci pillədəki yerini qorumaq üçün mütləq qələbə qazanmaq lazım idi. Amma gərgin və prinsipial qarşılaşmanın qalibi nə qədər gözlənilməz olsa da, "təyyarəçilər" oldu. "Ağ-qaralar"ın məğlubiyyətində son 10 dəqiqədə 2 futbolçusunun ardıcıl qırmızı vərəqə alması mühüm rol oynadı. Baxmayaraq ki, son çempion bu vərəqələrin haqsız olduğunu iddia edir və hakimliyi məğlubiyyətdə əsas səbəblərdən göstərir. Hər halda bu məğlubiyyət komandanın zirvəni əldən verməsinə və qış fasiləsinə üçüncü pillədə yollanmasına səbəb oldu. AZAL isə bundan əvvəlki turda üzləşdiyi Zaqatala darmadağınını (0:3) unudaraq yaxşı əhval-ruhiyyədə istirahət edib, 3-cü dövrəyə daha ciddi hazırlaşa bilər.
Paytaxt derbisi ilə eyni vaxtda Lənkəranda "Xəzər Lənkəran" - "Sumqayıt" qarşılaşması da keçirildi. Onsuz da çox zəif və zəngin olmayan heyətə malik olan "Sumqayıt"ın bu qarşılaşmada möcüzə edəcəyi gözlənilmirdi. Meydan sahibləri isə türkiyəli baş məşqçi Mustafa Dənizlinin gəlişindən sonrakı uğurlu seriyanı davam etdirməyi hədəfləmişdilər. Qarşılaşma kifayət qədər maraqlı və bol qollu alındı. 7 qolun vurulduğu qarşılaşmanın qalibi "ağ-yaşıllar" oldu. Amma cənub təmsilçisinin 4 qoldan sonra rəqibin hesabı minimuma endirməsinə imkan verməsinə görə müdafiəsini gücləndirmək haqda ciddi düşünməlidi. Hər halda yarıcan "Sumqayıt" bu heyətlə "Xəzər Lənkəran"a səfərdə 3 qol vura bilirsə, deməli bu komandada hələ problemlər aradan qalxmayıb.
Autsayderlər qrupunda qərarlaşan digər komanda - "Rəvan" doğma meydanda "Simurq"la üz-üzə gəldi. Ötən tur AZAL-a 3 qol vuran Zaqatala təmsilçisi bu dəfə eyni aqibəti "Rəvan"a yaşatdı. Düzdü, Georgi Çixradzenin komandası bu qələbə sayəsində irəliləyə bilmədi. Amma hər halda qış fasiləsi ərəfəsində ardıcıl iki möhtəşəm qələbə "Simurq"u 3-cü dövrəyə daha ciddi hazırlaşmağa motivasiya edə bilər. Şahin Diniyevli "Rəvan" isə qış fasiləsində köklü dəyişikliyə ehtiyac duyur. Təcrübəli mütəxəssisin bu şansdan necə yararlanacağını mövsümün qalan hissəsi göstərəcək.
Günün və turun son oyunu isə mərkəzi arenada baş tutdu. Çempionluğa iddialı "Qarabağ" Bakı təmsilçisi "İnter"lə qarşılaşdı. Ağdam klubu qələbə qazanaraq yenidən liderliyə yüksəldi. Nəticədə, son dövrlər çox uğurlu qrafik cızan Kaxaber Sxadadzenin yetirmələrinin seriyası qırıldı. Ağdam klubu isə növbəti 3 xal sayəsində qış çempionluğunu rəsmiləşdirmiş oldu.
Qeyd edək ki, qış fasiləsi fevral ayında başa çatacaq. 3-cü dövrənin ilk turunun (19-cu turun) oyunları fevralın 1-2-də keçiriləcək.
Topaz Premyer Liqası
18-ci tur
QƏBƏLƏ - BAKI - 2:0
Qollar: Daniel Subotiç, 20, Lorenzo Ebesilio, 90+3.
Sarı vərəqələr: Amit Quluzadə, 18 (qeyri-idman hərəkəti); Elnur Allahverdiyev, 42 (qeyri-idman hərəkəti); Daniel Subotiç, 47 (simulyasiya); David Petrkeviç, 83 (oyunun bərpasını gecikdirdiyi üçün); Lorenzo Ebesilio, 85 (qeyri-idman hərəkəti) - Alberto Noquera, 38 (qeyri-idman hərəkəti); Şəhriyar Əliyev, 54 (qeyri-idman hərəkəti); 90+2 (qeyri-idman hərəkəti); Etto, 63 (qeyri-idman hərəkəti); Ruben Qonzales, 76 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Şəhriyar Əliyev, 90+2.
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Coşqun Həsənov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 5 dəq.
20 dekabr 2013. Qəbələ şəhər stadionu. 1500 tamaşaçı.
Qəbələ: 27. David Petrkeviç, 3. Nikola Valentiç, 4. Amit Quluzadə, 6. Vladimir Levin (k), 8. Nizami Hacıyev (17. Nuran Qurbanov, 73), 10. Dodo, 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 31. Daniel Subotiç (19. Abdulvahid Afolabi, 88), 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva (9. Viktor Mendi, 59).
Ehtiyat oyunçular: 55. Cavidan Hüseynzadə, 5. Sadiq Quliyev, 11. Yannik Kamanan, 84. Deyan Kelhar.
Baş məşqçi: Yuri Syomin.
Bakı: 29. Kamran Ağayev (k), 3. Yure Travner, 5. Ruben Qonzales, 8. Cavid Hüseynov, 11. Rauf Əliyev, 12. Etto, 15. Alberto Noquera, 17. Risto Ristoviç (10. Aleksandar Soliç, 52)/(20. Mindauqas Kalonas, 68), 21. Elvin Məmmədov (16. Xavyer Junior, 74), 23. Lukas Mario Horvat, 34. Şəhriyar Əliyev.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 22. Namiq Ələsgərov, 24. Georgios Pelagios, 31. Vüqar Mustafayev.
Baş məşqçi: Milinko Pantiç.
XƏZƏR LƏNKƏRAN - SUMQAYIT - 4:3
Qollar: Sadio Tounkara, 18, Deyvid Sakkoni, 26, Etame Mbilla, 45+1; 51 - Orxan Əliyev, 37, Pərdis Fərcad-Azad, 80-pen. Ruslan Nəsirli, 82.
Sarı vərəqələr: Sadio Tounkara, 87 (qeyri-idman hərəkəti) - Nodar Məmmədov, 23 (qeyri-idman hərəkəti); Pərdis Fərcad-Azad, 45 (qeyri-idman hərəkəti).
Hakimlər: Ramil Əhmədov, Yaşar Abbasov, Vaqif Musayev, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
20 dekabr 2013. “Xəzər Lənkəran” mərkəzi stadionu. 3000 tamaşaçı.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev (k), 16. Adrian Pit (21. Radomir Todorov, 76), 18. Tural Cəlilov, 20. Etame Mbilla, 22. Deyvid Sakkoni, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 33. Duqlas Leyte, 8. Eduard Oriol, 9. Uğur Pamuk, 11. Zohair Benuahi, 12. Junior Nildo, 5. Ağabala Ramazanov.
Baş məşqçi: Mustafa Denizli.
Sumqayıt: 12. Elçin Sadıqov (94. Tərlan Əhmədli, 46), 5. Kərim Diniyev, 7. Pərdis Fərcad-Azad, 8. Aqşin Muxtaroğlu (76. Bayram Nuruzadə, 84), 9. Orxan Əliyev, 11. Ruslan Nəsirli, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 21. Məhəmməd Mirzəbəyov, 86. Elşən Abdullayev, 92. Bəxtiyar Həsənalızadə (k).
Ehtiyat oyunçu: 25. Fərid Kərimzadə.
Baş məşqçi: Aqil Məmmədov.
AZAL - NEFTÇİ - 2:1
Qollar: Con Oluremi, 19, Aleksandr Şemonayev, 88 - Rəşad Sadiqov, 59.
Sarı vərəqələr: Şəhriyar Rəhimov, 20 (sistematik qayda pozuntusu); Cavid Tağıyev, 33 (qeyri-idman hərəkəti); Ruslan Məcidov, 47 (qeyri-idman hərəkəti); Con Oluremi, 80 (qeyri-idman hərəkəti); Samuel Barlay, 80 (qeyri-idman hərəkəti); Junior Aylton, 86 (qeyri-idman hərəkəti); Vladimir Boqdanoviç, 90+1 (qeyri-idman hərəkəti) - Elvin Yunuszadə, 27 (hakimin qərarına etiraz); Mahir Şükürov, 74 (qeyri-idman hərəkəti); 80 (qeyri-idman hərəkəti); Araz Abdullayev, 80 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Mahir Şükürov, 80; Elvin Yunuszadə, 83 (ciddi qayda pozuntusu).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
20 dekabr 2013. Bakı. "AZAL Arena". 500 tamaşaçı.
AZAL: 1. Ruslan Məcidov, 2. Xuan Fransisko, 3. Aleksandr Şemonayev, 4. Junior Aylton, 7. Cavid Tağıyev, 10. Con Oluremi, 15. Oskar Klava, 17. Viktor İqbekoyi (k) (32. Vladimir Boqdanoviç, 88), 18. Samuel Barlay (21. Rey Məmmədbəyli, 86), 20. Branislav Arsenyeviç, 31. Şəhriyar Rəhimov.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 6. Natiq Kərimi, 8. Qərib İbrahimov, 23. Tural Nərimanov, 28. Emin Cəfərquliyev.
Baş məşqçi: Vaqif Sadıqov.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 4. Tərlan Quliyev, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavinyo, 11. Melvin Platye (14. Bahodır Nasimov, 64), 15. Erik Ramos, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor (3. Denis Silva, 84).
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 10. Cavid İmamverdiyev, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 28. Emin Mehdiyev.
Baş məşqçi: Nazim Süleymanov.
RƏVAN - SİMURQ - 0:3
Qollar: Draqan Çeran, 22, Raul Kostin, 39, Stepan Polyak, 45.
Sarı vərəqələr: Miloş Adamoviç, 53 (hakimə etiraz); Hüseyn Axundov, 80.
Qırmızı vərəqə: Mişel Balokoq. 59 (aqressiv hərəkət).
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Nahid Əliyev, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.
20 dekabr 2013. Bakı. “Bayıl Arena”. 200 tamaşaçı.
Rəvan: 1. Lukaş Sapela, 6. Ceyhun Cavadov (24. Yamin Ağakərimzadə, 66), 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov (k), 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov, 27. Rəşad Abdullayev (8. Frederik Holster, 46), 30. Cəmşid Məhərrəmov (19. Hüseyn Axundov, 46), 33. Sohib Savankulov, 38. İvan Pexa, 40. Mişel Balokoq.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 11. Kamil Nurəhmədov, 16. Orxan Lalayev, 89. Vüsal Qarayev.
Baş məşqçi: Şahin Diniyev.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k), 8. Patrik Osiako, 10. Rəşad Eyyubov (77. Nicat Qurbanov, 76), 11. Draqan Çeran (22. Salif Ballo, 76)/(28. Nenad Kiso, 82), 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 30. Raul Kostin.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 16. Məhərrəm Hüseynov.
Baş məşqçi: Georgi Çixradze.
QARABAĞ - İNTER - 2:0
Qollar: Vüqar Nadirov, 58, Riçard Almeyda, 65.
Sarı vərəqələr: Riçard Almeyda, 74 (qeyri-idman hərəkəti) - Sezar Meza Kolli, 28 (qeyri-idman hərəkəti); Brüs Abdulay, 64 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
20 dekabr 2013. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 500 tamaşaçı.
Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov (18. İlqar Qurbanov, 86), 20. Riçard Almeyda (7. Namiq Yusifov, 82), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Çumbinyo, 99. Nikolas Gelaşvili (41. Corc Leroy, 76).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 11. Ulrix Kapolonqo, 33. Təmkin Xəlilzadə.
Baş məşqçi: Qurban Qurbanov.
İnter: 1. Georgi Lomaya, 3. Laşa Salukvadze, 4. İvan Benites (8. Mikel Alvaro, 61), 5. Slavço Georgiyevski (9. Aleksandr İaşvili, 54), 7. Ruslan Əmircanov, 19. Sezar Meza Kolli, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli.
İnter: 1. Georgi Lomaya, 3. Laşa Salukvadze, 4. İvan Benites (8. Mikel Alvaro, 61), 5. Slavço Georgiyevski (9. Aleksandr İaşvili, 54), 7. Ruslan Əmircanov, 19. Sezar Meza Kolli, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 96. Səlahət Ağayev, 6. Samir Zərgərov, 11. Asif Məmmədov, 24. Fuad Bayramov, 33. Matiya Spiçiç.
Baş məşqçi: Kaxaber Sxadadze.
| 1 | Qarabağ | 18 | 10 | 6 | 2 | 31 | 11 | +20 | 36 |
| 2 | Qəbələ | 18 | 11 | 2 | 5 | 27 | 16 | +11 | 35 |
| 3 | Neftçi | 18 | 10 | 4 | 4 | 27 | 19 | +8 | 34 |
| 4 | İnter | 18 | 8 | 3 | 7 | 27 | 21 | +6 | 27 |
| 5 | Bakı | 18 | 8 | 3 | 7 | 29 | 21 | +8 | 27 |
| 6 | Simurq | 18 | 6 | 7 | 5 | 19 | 14 | +5 | 25 |
| 7 | AZAL | 18 | 6 | 6 | 6 | 17 | 23 | –6 | 24 |
| 8 | XL | 18 | 5 | 7 | 6 | 16 | 24 | –8 | 22 |
| 9 | Rəvan | 18 | 1 | 6 | 11 | 9 | 32 | –23 | 9 |
| 10 | Sumqayıt | 18 | 1 | 4 | 13 | 11 | 32 | –21 | 7 |
Bombardirlər:
9 - Vaqif Cavadov (İnter)
7 - Reynaldo (Qarabağ), Mindauqas Kalonas (Bakı), Daniel Subotiç (Qəbələ)
9 - Vaqif Cavadov (İnter)
7 - Reynaldo (Qarabağ), Mindauqas Kalonas (Bakı), Daniel Subotiç (Qəbələ)
6 - Leonardo da Silva (Qəbələ), Əfran İsmayılov (Bakı), Etame Mbilla (Xəzər Lənkəran).
