21 dekabr 2013 12:42
Vladimir Levin: Hədəfimiz çempionluqdu
"Qəbələ"nin kapitanı Vladimir Levin Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 2 cavabsız qolla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:
"Biz uğurlu matç keçirdik. Öz qapımızın toxunulmazlığını qorumaq şərti ilə 2 cavabsız qol vurduq. İlin son oyununda qalib gəlib fasiləyə yaxşı əhval-ruhiyyədə yollanmaq çox vacib idi. İli liderlər qrupunda başa vurduq. Biz öz hədəfimizə doğru irəliləyirik. Məqsədimiz Premyer Liqanın qalibi olmaqdı".