21 dekabr 2013 11:15
Mahir Şükürov: Neftçini dayandırmaq istəyənlər buna nail olmayacaqlar
"Neftçi"nin müdafiəçisi Mahir Şükürovun azerisport.az saytına müsahibəsi
- AZAL-a məğlubiyyətinizin əsas səbəbi nə oldu?
- Hamı hər şeyi çox gözəl gördü. Əlavə nəsə deməyə ehtiyac yoxdu. Hakim nəticəyə təsir edən ciddi səhvlərə yol verdi. Komandamızı sevmirlər. Qoy bunu bizə desinlər, biz də işimizi bilək. AZAL-ın qapıçısı Ruslan Məcidov cərimə meydançasından kənarda əllə oynayanda ona sarı vərəqə verməklə kifayətləndi. Bizim oyunçulara qarşı edilən kobudluqlara da göz yumurdu.

- Demək istəyirsiz ki, AZAL qələbəyə layiq deyildi?
- Mənim fikrimcə, hesab başqa cür olmalıydı. Düzdü, AZAL son dəqiqələrdə qol vurdu, qalib gəldi. Amma mənə elə gəlir ki, biz daha artığına layiq idik.

- Sizi ədalətsiz yerə qovduqlarını düşünmürsüz?
- Mənim bundan əvvəl də sarı vərəqəm var idi. Ona görə hakim sadəcə xəbərdarlıqla kifayətlənə bilərdi.

- Yəni məğlubiyyətin yeganə səbəbkarı hakimdi?
- Biz öz səhvlərimizi də analiz edəcəyik. Sadəcə, bizi bu yollarla dayandırmağa çalışırlar. Amma onlarda heç nə alınmayacaq. Sona qədər vuruşub çempion olacağıq.

- Qış çempionu ola bilməməyiniz sizi üzmədi?
- Ötən mövsümü daha pis mövqedə bitirmişdik. Liderdən 7-8 xal geri qalırdıq. Amma yenə də çempion olduq. Ona görə hələ heç nə itirilməyib.

- Komandanı gücləndirməyə ehtiyac var?
- Bunu rəhbərlikdən soruşun. Bizim üçün hələ heç nə itirilməyib. Hədəflərimiz də dəyişməz olaraq qalır. Biz çempion olmaq istəyirik.