21 dekabr 2013 21:14
Branimir Subaşiç komandasının darmadağınına mane ola bilmədi
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” klubu da növbəti matçına çıxıb.
Ordu təmsilçisi səfərdə “Ankaraspor"la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma futbolçumuzun komandasının darmadağını ilə başa çatıb.
Subaşiçin bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. O, bu dəfə də start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, “Orduspor” geridə qalan turlarda 33 xal toplayıb və 3-cü pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
18-ci tur
21 dekabr
Ankaraspor - Orduspor - 4:0
