21 dekabr 2013 15:34

Neftçinin futbolçusu Xəzər Lənkərana keçir

"Neftçi"nin müdafiəçisi Slavik Alxasov "Xəzər Lənkəran"a keçə bilər. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat yayıb:

"Slavik Alxasovun “Xəzər Lənkəran”a transferi ilə bağlı klub rəhbərləri arasında şifahi danışıq olub. “Xəzər Lənkəran” klubu müqavilə ilə “Neftçi”yə məxsus olan Alxasovu heyətində görmək üçün şifahi müraiət edib. Bilirsiz ki, bundan öncə də “Neftçi” futbol klubu Ağabala Ramazanovun, Amit Quluzadənin təmənnasız olaraq başqa kluba keçməsinə razılıq verib. Klub prezidenti Sadıq Sadıqov “Xəzər Lənkəran”, “Qəbələ” və bu kimi digər klublarımızın Azərbaycan futbolu üçün gördüyü işləri, gənc futbolçuların inkişafı üçün yatırılan sərmayələri nəzərə alaraq, bu futbolçuların təmənnasız transferinə razılıq verib. Alxasov məsələsinə gəlincə, şifahi danışıq zamanı onun “Xəzər Lənkəran” klubuna təmənnasız keçməsinə etiraz edilməyib. Lakin, hazırda müqavilə ilə “Neftçi”yə məxsus olan Slavikin “Xəzər Lənkəran”a keçidi ilə bağlı rəsmi müraciət və ya müqavilə yoxdu. Bu transfer rəsmiləşəcəyi təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.