21 dekabr 2013 14:14

İbrahim Şehiç: Qarabağın DÇ-də oynayan ilk futbolçusu olmaq istəyirəm

"Qarabağ"ın qapıçısı İbrahim Şehiçin azerisport.az saytına müsahibəsi
 
- İlin son oyunu barədə nə deyə bilərsiz?
- Oyun bir neçə məqamda vacib idi. İlk növbədə növbəti 3 xalı qazanmaq lazım idi. Həmçinin biz liderin məğlub olduğunu bilirdik. Qələbənin bizi 1-ci yerə çıxaracağını başa düşürdük. Jurnalistlərin sevdiyi kimi desək, biz bu halda qış çempionu olacaqdıq. Heç nəyə baxmayaraq, biz qələbə qazanmaq istəyirdik və mövsümün ikinci yarısına hazırlaşmaq üçün fasiləyə yaxşı əhvalda yollanmağı hədəfləmişdik.
 
- Siz oyun haqda heç nə demədiniz...
- Biz yaxşı oyun keçirdik. Sözsüz ki, layiqli qələbə qazandıq. Bu matçı mövsümdə "Qarabağ"ın ən yaxşı oyunlarından saymaq olar. Mənim işim elə də çox deyildi.
 
- "Neftçi"nin xal itirəcəyinə inanırdız?
- Düzü, mən bu haqda düşünmürdüm. Sadəcə istəyirdim ki, orada nə olacağından asılı olmayaraq, komandam qalib gəlsin.
 
- Qış çempionluğu sizin üçün nə anlam kəsb edir?
- Yalnız bizim ayyarım zirvədə qalmağımız baxımından əhəmiyyətlidi. İndi bu liderliyi mövsümün sonuna qədər saxlamaq lazımdı.
 
- Mövsümün gedişində qoşulduğunuz "Qarabağ"da öz oyununuz haqda nə deyə bilərsiz?
- Özünüz qeyd etdiz ki, komandaya mövsümün gedişində qoşulmuşam. Mənə uyğunlaşma üçün müəyyən vaxt lazımdı. Axı Azərbaycan mənim üçün yeni ölkədi.

- "Qarabağ" xoşunuza gəlir?
- Mənə burada rahatdı. Çox yaxşı kollektivimiz var. Mənə elə münasibət göstərirlər ki, sanki uzun müddətdi buradayam. Qardaş kimi.
 
- Yayda Bosniya və Herseqovinanı DÇ-2014 gözləyir. Sizi bu yarışda görə biləcəyik?
- Yığmanın baş məşqçisi mənə dedi ki, "Qarabağ"da oyun təcrübəsi qazana bilsəm, Braziliyaya gedə biləcəm. Çox istərdim ki, ölkəmin ilk dünya çempionatına azarkeş qismində getməyim.
 
- "Qarabağ"ın heç bir futbolçusu indiyədək DÇ-də oynamayıb...
- Deməli, mən birinci ola bilərəm. Siz mənə əlavə motivasiya verdiniz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.