21 dekabr 2013 13:30
"Qəbələ"nin toplanış planları bəlli oldu
"Qəbələ"nin futbolçuları iki həftəlik istirahətə buraxılıblar. Azerisport.az xəbər verir ki, komandanın üzvləri bir də gələn ayın əvvəlində Türkiyədə bir araya gələcəklər.
Baş məşqçi Yuri Syomin yetirmələrini yanvarın 5-də Belekdəki "Gloria Serenity Resort" otelində salamlayacaq. Toplanış yanvarın 27-dək davam edəcək.
