20 dekabr 2013 00:44
Rəvan ilin son oyununa hazırlığını başa vurdu
Bu həftə Topaz Premyer Liqasında 2013/14 mövsümü yarılanacaq. Azerisport.az xəbər verir ki, 18-ci turun matçları ilə ikinci dövrəyə yekun vurulacaq.
"Rəvan” ilin son oyununda "Simurq”u qəbul edəcək. Zaqatala klubu ilə oyuna hazırlığa həftənin əvvəlindən başlayan komanda, "Bayıl Arena”dakı çalışmalarda taktiki-texniki hazırlığa daha çox üstünlük verib.
Oyunöncəsi son məşq də bu baxımdan istisna olmayıb. Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında futbolçular ümumi qrupda qaçdıqdan, isinmə hərəkətlərini yerinə yetirdikdən sonra yüngül məşqlə kifayətlənib. Taktiki-texniki planda hazırlaşan futbolçular artıq oyun saatını gözləyir.
Qeyd edək ki, "Rəvan” - "Simurq” oyunu sabah 16:00-da başlayacaq və görüş "Bayıl Arena”da keçiriləcək.
(Klub saytı)
