20 dekabr 2013 00:22
Simurq Bayıl Arenada ilin son məşqinə çıxıb
“Simurq” "Bayıl Arena"da 2013-cü ildəki son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, sabah cari mövsümün II dövrəsinin sonuncu oyununa çıxacaq "Simurq", bununla hazırlıqları tamamlayaraq istirahətə çəkilib.
Bir saata yaxın davam edən məşq prosesində bütün futbolçular iştirak edib. İsinmə hərəkətləri və qaçışla başlayan çalışmalar, daha sonra "kavadrat" və ikitərəfli oyunla davam edib. Sonda isə cinahlardan asmalar və onların qapanması yerinə yetirilib.
Qeyd edək ki, "Rəvan"-"Simurq" oyunu 16:00-da start götürəcək.
(Klub sayt)
