20 dekabr 2013 00:33

Fasilə ərəfəsində son sınaq

Bu gün Topaz Premyer Liqasında 18-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, bütün oyunları eyni gündə baş tutacaq 2-ci dövrənin son turunun ardından komandalar qış fasiləsinə yollanacaqlar.
 
Turun ilk qarşılaşması Qəbələdə baş tutacaq. Bölgənin eyni adlı komandası "Bakı"nı sınağa çəkəcək. Çempionluğa iddialı Yuri Syominin komandasının Milinko Pantiçin yetirmələri ilə qaşrılaşması turun maraq kəsb edən oyunları siyahısındadı. 22-ci duelə çıxacaq rəqiblər turnir cədvəlinin ilk yarısında qərarlaşıb. Ardıcıl 2 matçdı rəqibinə qalib gələn “Qəbələ”nin məğlubiyyətsiz seriyası 3-ə bərabərdi. Lakin ümumi balansda paytaxt təmsilçisinin böyük üstünlüyü var. "Qəbələ" qələbə qazanmaqla hazırkı lider "Neftçi"nin xal itirəcəyi təqdirdə liderliyə yüksələcəksə, "Bakı" 3 xal sayəsində yüksəlmək üçün yuxarı pillədəki qonşusu "İnter"in xal itirməsini gözləməlidi. Cütlüyün Bakıda keçirilən ilk qaşrılaşmasında Qəbələ təmsilçisi qələbə qazanmışdı (2:1).
 
Turun iki oyunu eyni vaxtda start götürəcək. Bakıda keçirilən qarşılaşmada AZAL hazırkı lider "Neftçi" ilə üz-üzə gələcək. Oyunu maraqlı edən amillərdən biri hər iki baş məşqçinin - Vaqif Sadıqov və Nazim Süleymanovun keçmiş komandalarına qarşı çıxmasıdı. "Neftçi" bu oyunda 3 xal qazanarsa, qış fasiləsinə lider kimi yollanacaq. Əgər "ağ-qaralar" xal itirərsə, digər oyunların nəticəsindən asılı olaraq turnir cədvəlindəki mövqeyini dəyişə bilər. Yubiley - 20-ci paytaxt derbisinə qədər “Neftçi” aşkar üstünlüyə malikdisə, son 4 oyunda AZAL xala həsrətdi. Maraqlıdı ki, son 7 görüşdə hər 2 komanda qol sevinci yaşayıb. Cütlüyün cari mövsümdəki ilk qarşılaşması "Neftçi"nin 4:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.
 
Paytaxt derbisi ilə eyni vaxtda Lənkəranda "Xəzər Lənkəran" - "Sumqayıt" qarşılaşması da start götürəcək. Mustafa Dənizlinin gəlişindən sonra 2 Premyer Liqa oyununda 4 xal qazanan cənublular autsayderi də yenməyə çalışacaq. "Sumqayıt" isə fasiləyə sonuncu pillədə yollanmamaq üçün qələbə qazanmağa çalışacaq. “Sumqayıt”la oyunlarda “Xəzər Lənkəran”ın cüzi üstünlüyü olsa da, "ağ-yaşıllar" son 5 matçda qalib gələ bilməyib. Komandalar cari mövsümdəki ilk oyunda meydanı 1:1 hesablı bərabərliklə tərk etmişdi.
 
Növbəti oyun isə Bayılda keçiriləcək. "Rəvan" doğma meydanda "Simurq"u qəbul edəcək. Şahin Diniyevin gəlişindən sonra oyun səviyyəsini artıran Bayıl klubu evdə xal itirməməyə çalışacaq. Zaqatala klubu isə qazanılan 3 xal sayəsində ilk "beşliy"in sonuncusu "Bakı"ya bir az da yaxınlaşacaq. Bu günədək cütlüyün qarşılaşmalarında Georgi Çixradzenin komandası bir dəfə də olsun məğlub olmayıb. Komandaların cari mövsümdəki ilk görüşünda zaqatalalılar rəqib qapısından 2 cavabsız top keçirib.
 
Günün və turun son oyunu isə mərkəzi arenada baş tutacaq. Çempionluğa iddialı "Qarabağ" Bakı təmsilçisi "İnter"lə qarşılaşacaq. Turun mərkəzi oyununda görüşəcək rəqiblər artıq 37-ci dəfə üz-üzə gələcək. Böyük üstünlüyə malik “Qarabağ” 12 oyundu rəqibinə uduzmur. “İnter” isə 39 aydı ki, Ağdam klubu üzərində qələbəyə həsrətdi. Qurban Qurbanovun komandası qələbə sayəsində qış fasiləsinə rahat yollanacaq. Kaxaber Sxadadzenin döyüşçüləri isə qazanılan 3 xal sayəsində yalnız 3-cü pilləyə yaxınlaşacaq. Cari mövsümdə keçirilən ilk qarşılaşmada ağdamlılar 2:1 hesabı ilə qələbəni bayram etmişdi.
 
Topaz Premyer Liqası
18-ci tur
20 dekabr
 
13:00. "Qəbələ" - "Bakı"
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Coşqun Həsənov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Kərim Ağayev.
Qəbələ. Qəbələ şəhər stadionu.
 
15:00. "AZAL" - "Neftçi"
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “AZAL Arena” stadionu.
 
15:00. "Xəzər Lənkəran" - "Sumqayıt"
Hakimlər: Ramil Əhmədov, Yaşar Abbasov, Vaqif Musayev, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Lənkəran. “Xəzər Lənkəran” mərkəzi stadionu.
 
16:00. "Rəvan" - "Simurq"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Nahid Əliyev, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Bayıl Arena”.
 
17:00. "Qarabağ" - "İnter"
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
1 Neftçi 17 10 4 3 26 17 +9 34
2 Qarabağ 17 9 6 2 29 11 +18 33
3 Qəbələ 17 10 2 5 25 16 +9 32
4 İnter 17 8 3 6 27 19 +8 27
5 Bakı 17 8 3 6 29 19 +10 27
6 Simurq 17 5 7 5 16 14 +2 22
7 AZAL 17 5 6 6 15 22 –7 21
8 XL 17 4 7 6 12 21 –9 19
9 Rəvan 17 1 6 10 9 29 –20 9
10 Sumqayıt 17 1 4 12 8 28 –20 7
 
Bombardirlər:
9
- Vaqif Cavadov (İnter)
7 - Reynaldo (Qarabağ), Mindauqas Kalonas (Bakı)
6 - Əfran İsmayılov (Bakı), Daniel Subotiç (Qəbələ), Leonardo da Silva (Qəbələ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.