20 dekabr 2013 12:33
Ruslan Abışov məşqçisiz qaldı
“Rubin”in baş məşqçisi Qurban Berdıyev komandanı tərk edir. Azerisport.az xəbər verir ki, bu haqda “Biznes Online” məlumat yayıb.
“Rubin” rəhbərliyinin Tatarıstan prezidenti Rüstəm Minnixanovla görüşündən sonra, komandanın baş məşqçisi Qurban Berdıyevin, klubun vitse-prezidenti Kamil İsxakovun və icraçı direktor Andrey Qromovun klubdan getməsi qərara alınıb.
Xatırladaq ki, Qurban Berdıyev Kazan komandasını 12 ildən çox çalışdırıb.
Qeyd edək ki, millimizin yarımmüdafiəçisi Ruslan Abışov “Rubin”in şərəfini qoruyur.
