20 dekabr 2013 12:12

Berti Foqts: AFFA prezidenti yığmada daha çox gənc oyunçu görmək istəyir

Yaxınlarda AFFA ilə müqavilə müddətini iki il artırmış futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts bildirib ki, onun uzunmüddətli məqsədi, AÇ-2020-nin oyunları üçün komanda yaratmaqdır. Azerisport.az Foqtsun bu haqda alman KİV-nə açıqlamasını diqqətinizə çatdırır.
 
“Mən hiss edirəm ki, bu komandanın çox gözəl perspektivləri var. Buna görə də mən və köməkçim Uli Ştayn burada daha iki il qalmağı qərar aldıq”.
 
Qeyd edək ki, AÇ-2016-nın təsnifat mərhələsi, Foqts üçün öz vəzifəsində iştirak edəcəyi dördüncü seçmə mərhələdir.
“Qarşıdakı uzunmüddətli məqsədimiz, AÇ-2020-də iştirakdır. Axı Azərbaycan bu yarışın üç oyununu keçirilməsinə iddialıdır. Gənc oyunçular bu müddətə öz idman formasının zircəsində olmalıdır. Bu, gənclik və təcrübənin vəhdəti olacaq ki, bu da, bizim son illərdə komanda ilə nail olmaq istədiyimizdir”, deyə Foqts etiraf edib.
 
Foqtsun son böyük uğuru, Almaniya millisi ilə AÇ-96-da çempionluqdur. Bu uğurdan sonra Almaniya millisi qitə və dünya miqyasında bir dəfədə olsun, çempionluq qazanmayıb.
 
“Mən komandanı tez-tez görmək, oyunçuları tez-tez toplamaq fikrindəyəm. AFFA prezidenti Rövnəq Abdullayev mənə dedi ki, komandada daha çox gənc və perspektivli oyunçu görmək istəyir”, deyə Foqts qeyd edib.
 
Alman mütəxəssis həmçinin AFFA-dan narazılığını da dilə gətirib. Buna səbəb, AFFA-nın yığmanın yoldaşlıq oyunlarının sayının azaldılması qərarı olub.
 
“Mən düşünürəm ki, bu qərar, kiçik futbol ölkələrinə zərər gətirir. Təsəvvür edin ki, biz martda yoldaşlıq oyunu keçirəcəyik və növbəti dəfə isə sentyabrda rəsmi oyunda meydana çıxacağıq. Yəni, yarım ildən sonra! Bu, istənilən məşqçi üçün çətindir”, deyə Foqts fikrini tamamlayıb.
 
(SID)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.