20 dekabr 2013 11:22
Lans bu dəfə məğlub oldu
Futbol üzrə Fransanın 2-ci Liqasında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Bakı"nın prezidenti Hafiz Məmmədovun sahibi olduğu "Lans" klubu 18-ci turun açılış matçında öz meydanında "İstr" ilə qarşılaşıb.
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Lans" bu görüşdə qələbə qazanacağı təqdirdə mövqeyini qoruyacaqdı. Həmçinin Lans təmsilçisi lider "Metz"lə xal fərqini azalda da bilərdi. Lakin "Lans" bu oyunda rəqibinə 1:2 hesabı ilə uduzaraq turu xalsız başa vurub.
Qeyd edək ki, "Lans"ın hazırda 32 xalı var.
