20 dekabr 2013 11:11
Avro ərəfəsində Azərbaycan Serbiyaya qarşı oynayacaq
Futzal üzrə Azərbaycan yığması Serbiyada 10 günlük toplanış keçəcək. Azerisport.az xəbər verir ki, toplanış 2014-cü il yanvarın 15-də baş tutacaq.
Bu barədə məlumatı AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyev verib. Toplanış müddətində Joze Alesionun yetirmələri yerli komandaya qarşı iki yoxlama görüşü keçirəcək.
Yanvarın 25-də isə Azərbaycan yığması Avropa çempionatında iştirak üçün Belçikaya, yollanacaq.
