20 dekabr 2013 18:00

Mustafa Dənizli: Qələbə qazanmasaydıq, komandaya qış tətili verilməyəcəkdi

"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində qarşılaşdıqları "Sumqayıt" ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "ağ-yaşıllar"ın türkiyəli çalışdırıcısı 4:3 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
 
“İlk dövrənin son oyunu idi, bizim üçün çox vacib oyun idi. Həm kubokda, həm də liqada son 4 oyunda uğurlu çıxış etdik. Qarşıdakı 40 günü yaxşı dəyərləndirməliyik. Liderlər qrupu ilə olan xal fərqini azaltmaq lazımdı. Digər rəqiblərin nəticələrindən məlumatım yoxdu. Oyunun sonlarına yaxın komanda rahatladı, hesab 4:1 olduqdan sonra uşaq səhvlərindən qollar buraxdıq. Bu cür səhvlər buraxan futbolçular bir daha öz oyunlarını nəzərdən keçirməlidilər. Qol vurmağa çətinlik çəkmirik. Buna qədərki oyunlarda qapımızdan qol buraxmadıq, indi isə rəqib komanda 3 qol vurdu. Oyunda xətalar ola bilər, amma bu cür bəsit olmalı deyil. Qış fasiləsində bunun üzərində çalışacağıq. Qarşıda 18 tur var, azarkeşlərimizi sevindirməyə çalışacağıq. “Xəzər Lənkəran” olaraq öz sözümüzü deməliyik. Heç nəyə baxmayaraq futbolçularımı təbrik edirəm. Qələbə qazanmasaydıq, komandaya qış tətili verilməyəcəkdi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.