20 dekabr 2013 17:55
"Hesab qane etməsə də, oyundan razı qaldım"
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində qarşılaşdıqları "Xəzər Lənkəran"la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 3:4 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Heyətimizdə zədəli və cəzalı futbolçuların olmasına baxmayaraq, komanda bu gün yaxşı mübarizə apardı, maraqlı oyun alındı. Xüsusən ikinci hissədə açıq futbol getdi. İlk hissədə müdafiədəki kobud səhvlər oyunun nəticəsini müəyyən etdi. Hesab qane etməsə də, komandanın oyunundan razı qaldım. Bacardığımız bu qədərdi”.
