20 dekabr 2013 17:11
Turan Şəmkiri məğlub etdi
Futbol üzrə Azərbaycan I Divizionunda 15-ci tura start verilib. Azerisport.az xəbər verir ki, günün tək oyununda “Turan-T” “Şəmkir”lə qarşılaşıb.
Tovuz şəhər stadionunda baş tutan qarşılaşmada “Şəmkir” nominal ev sahibi olsa da rəqibinə 0:2 hesabı ilə məğlub olub. Tovuz təmsilçisinin heyətində Fərmayıl Əliyev (d.31) və Rəşad Piriyev (d.67) fərqlənib.
(PFL)
