20 dekabr 2013 17:22
Nazim Süleymanov: Əgər onlar Neftçinin çempionluğunu istəmirsə...
“Neftçi”nin baş məşqçisi Nazim Süleymanov futbol üzrə Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilmiş ALAZ - “Neftçi” oyununu (2:1) şərh edib. Azerisport.az xəbər verir ki, Süleymanov bunları söyləyib:
“Hakimin qərarları oyunun nəticəsinə təsir etdi. O, cərimə meydanından kənarda əllə oynamış Məcidovu meydandan qovmalı idi. Şemonyaev kobud oynadı. Acaq hakim susdu, qərar qəbul etmədi. Əgər onlar “Neftçi”nin çempionluğunu istəmirsə, biz bu haqda klub rəhbərliyinə deyəcəyik”.
