20 dekabr 2013 17:00
Hakimlər briqadası AZAL - Neftçi görüşündən sonra meydanı tərk edə bilmir
Orxan Məmmədovun rəhbərliyi altında hakimlər briqadası futbol üzrə Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilmiş AZAL - “Neftçi” oyunundan sonra meydanı tərk edə bilməyib. Azerisport.az xəbər verir ki, “neftçilər”in azarkeşlərinin hakimliyə öz irad və narazılıqlarını bildirməsi, vəziyyəti gərginləşdirib.
Xatırladaq ki, oyunda “Neftçi”nin iki futbolçusu meydandan qovulub. Mahir Şükürov və Elvin Yuniszadənin cəzalanmasından sonra azlıqda qalmış “Flaqman” həlledici qolu buraxaraq məğlub olub.
