20 dekabr 2013 16:44
Barselonanın məşqçisi Abışovlu Rubinə rəhbərlik edə bilər
Millinin yarımmüdafiəçisi Ruslan Abışovun çıxış etdiyi Kazan “Rubin”i məşqçi axtarışlarına çıxıb. Azerisport.az xəbər verir ki, Qurban Berdıyevi istefaya göndərmiş Tatarıstan klubunun baş məşqçisi vəzifəsinə ən real namizəd, “Barselona” B-yə rəhərlik edən ispan Eusebio Sakristandır.
49 yaşı məşqçinin namizədliyi “Rubin” rəhbərliyinin əsas hədəfindədir.
Rusiya KİV-i Anatoli Bışovets, Stanislav Çerçesov, Valeri Nepomnyaşiy, Qus Hiddink, Sergey Yuran, Yuri Krasnojan və “Real Sosyedad”ın baş məşqçisi Yaqoba Arrasantenin adını da mümkün namizədlər qismində çəkir.
