20 dekabr 2013 16:16

Azərbaycan klubları ÇL və AL-in başlama vaxtını bildi

Futbol üzrə ÇL və AL-in püşkatma və təsnifat mərhələsinin keçirilmə vaxtı məlum olub. Azerisport.az xəbər verir ki, ÇL-in ilk təsnifat mərhələsinin birinci mərhələ oyunları 1-2 iyul, cavab görüşləri 8-9 iyulda, ikinci mərhələ oyunları 15-16 və 22-23 iyulda, üçüncü mərhələ oyunları 29-30 iyul və 5-6 avqustda, pley-off oyunları 19-20 və 26-27 avqustda keçiriləcək.
 
Qrup mərhələsi oyunları ilə 16-17 sentyabrda start götürəcək.
 
AL-in ilk təsnifat mərhələ oyunları 2-10 iyulda, ikinci mərhələ oyunları 17-24 iyulda, üçüncü mərhələ oyunları 31 iyul və 7 avqustda, pley-off oyunları isə 21-28 avqustda baş tutacaq. Qrup mərhələsi oyunları isə 18 sentyabrda başlayacaq.
 
Yarışların ilk və ikinci mərhələsinin püşkatması 23 iyunda, üçüncü mərhələ üçün püşkatma 18 iyulda, pley-off mərhələsi üçün isə 8 avqustda keçiriləcək. Qrup mərhələsinin püşkatması isə ÇL və AL üçün müvafiq olaraq 28 avqustda baş tutacaq.
 
Qeyd edək ki, ölkəmizi ÇL-də yalnız bir klub təmsil edə bilər. Bu da Premyer Liqanın qalibi olan komanda olacaq. Həmin komanda ÇL-ə ikinci təsnifat mərhələsindən qoşulacaq. AL-də isə üç iştirakçımız mübarizə aparacaq. Bunlar Premyer Liqanın gümüş və bürünc mükafatçıları, həmçinin, ölkə kubokunun qalibi olan komandalar olacaq. Kubokun qalibi AL-də mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq. Premyer Liqa mükafatçıları isə ilk mərhələdən yarışa qatılacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.