20 dekabr 2013 15:44
Yuri Syomin: İlk qola qədər topla yaxşı oynayırdıq
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin komandasının futbol üzrə Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində evdə “Bakı” üzərində 2:0 hesablı qələbəsinə şərh verib. Azerisport.az xəbər verir ki, Syomin bunları söyləyib:
“Qarabağ” üzərində qələbədən sonra yaxşı əhvalda olan güclü komandaya qarşı oynayırdıq. Biz isə, əksinə, “Neftçi”yə məğlubiyyətdən sonra necə toparlanmağımız haqda düşünürdük. Bütün bunlara baxmayaraq, futbolçularım qələbə üçün hər şey etdilər. İlk qola qədər biz topla daha yaxşı oynayırdıq. Qol vurandan sonra isə, müdafiə haqda çox düşündük. İli yaxşı əhvalda bitirdiyimiz üçün çox şadam”.
