20 dekabr 2013 14:14
Syomin Abışovun məşqçisi ola bilər
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin “Rubin”in baş məşqçi postuna əsas namizədlərdən biridir. Azerisport.az xəbər verir ki, bu gün klubun qəyyumluq şurası baş məşqçi Qurban Berdıyevi istefaya göndərib.
Azərbaycan yığmasının yarımmüdafiəçisi Ruslan Abışovun çıxış etdiyi Kazan klubu, baş məşqçi vəzifəsinə üç namizəd arasında seçim aparır: iki xarici məşqçi və Yuri Syomin. Daha bir namizəd isə, ispan məşqçilik məktəbinin nümayəndəsidir. Onunla işlə əlaqədar razılıq artıq əldə edilib.
