20 dekabr 2013 14:00

Asif Məmmədov: Qarabağ bu vəziyyətdə də qalib gəlməyə qadirdir

“İnter”in yarımmüdafiəçisi Asif Məmmədov azerisport.az saytına müsahibəsində futbol üzrə Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçiriləcək qarşılaşma və öz oyunu barədə danışıb.
 
- İlin son oyununa necə hazırlaşırsınız?
- Allaha şükür, itkilər yoxdur. Biz bu görüşə ciddi hazırlaşırıq. Ölkənin ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Hazırda “Qarabağ” yaxşı formadadır. Son turdakı məğlubiyyət rəğmən belə. Bu görüşdə bizə çox çətin olacaq.
 
- Üç xalı götürəcəyinizi hesab edirsiniz?
- Kimin qalib gələcəyini demək mənim tərəfimdən düzgün olmazdı. Əlbəttə, biz qələbə üçün mübarizə aparacağıq. Bu, öz yerində. Üç xal götürmək istəyirik.
 
- Ağdamlılar ötən turda əsas itkilər fonunda ”Bakı”ya məğlub olublar (1:2). Bu, sizi narahat etmir?
- Yox. Bizə qarşı oyunda itkiləri olsa da belə, “Qarabağ” bu vəziyyətdə də qalib gəlməyə qadir komandadır. Onların yaxşı ehtiyatı var.
 
- Ötən tur “Sumqayıt”a qarşı oyunda siz oyunun sonuna 20 dəqiqə qalmış meydana çıxdınız. Bu, nə ilə bağlıdır: kiçik zədə ya məşqçi qərarı?
- Yox, məsələ zədədə deyil. Baş məşqçi belə qərar verdi. Görünür, o, belə etməyi lazım bilib. Deməli, belə də lazımdır. Əgər məşqçi mənim 10 dəqiqə oynamağımı da istəsə, mən oynayacağam. Hər şeyə hazır olmaq lazımdır.
 
- Artıq bir qədər sonra qış “transfer pəncərəsi”açılacaq. Maraqlıdır, yerli klublardan başqa, sizə təkliflər var?
- Düzü, xaricdən heç bir təklif yoxdur. Yerlilər klublardan təklif var. Ancaq mənim “İnter”lə mövcud müqaviləm var. Özüm də hələ bu barədə düşünmürəm. Mənim “İnter”i tərk etmək istəyim yoxdur. Mənə burada hər şey xoş gəlir və qane edir.
 
- Çərşənbə günü AFFA yığmanın baş məşqçisi Berti Foqtsla müqavilə müddətini artırmaq qərarına gəldi. Yığma ilə bağlı məsələ sizin üçün heç də uğurlu deyil. Axı millidəki altıillik vaxt ərzində Teryer bir dəfə də sizi yığmaya dəvət etməyib.
- Bu barədə heç nə deyə bilmərəm. Bunu Foqts özü həll edir. Əgər çağırsa, mən özümü yaxşı tərəfdən göstərmək üçün, hər şey edəcəyəm. İstəmirəm ki, bir dəfə çağırsınlar və mən pis oynayım, sonra çağırmasınlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.