20 dekabr 2013 13:44
Ruslan Abışov: Berdıyevin gedişi tam gözlənilməzlik oldu
“Rubin”in müdafiəçisi Ruslan Abışov azerisport.az saytına açıqlamasında komandanın baş məşqçisi Ruslan Berdıyevin komandadan uzaqlaşdırılmasına münasibət bildirib:
“Bu, mənim üçün tam gözlənilməzlik oldu. Ancaq bu, futboldur. Futbolçular kimi, məşqçilər də tez-tez komanda dəyişir. Mən çox təəssüf edirəm ki, o, getdi. Axı məhz o, məni bura dəvət etmişdi və məni yaxşı tanıyırdı. O, nəinki məni, komandadakı bütün oyunçuları dəvət edib. Gələcək işlərində ona uğurlar arzu edirəm. O, mənim yadımda həmişəlik yaxşı məşqçi kimi qalacaq. Mənim “Rubin”də gələcək taleyimə gəlincə, mənim qüvvədə olan müqaviləm var. Yeni məşqçiyə komandanın əsas heyətində oynamağa layiq olduğumu sübut etmək üçün hər şey edəcəyəm”.
