20 dekabr 2013 18:53
Qarabağ qış çempionudu! (YENİLƏNİB)
Bu gün Topaz Premyer Liqasında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutub. Bununla da 2-ci dövrəyə yekun vurulub və komandalar qış fasiləsinə yollanıblar.
Turun ilk qarşılaşması Qəbələdə keçirilib. Bölgənin eyni adlı komandası "Bakı"nı sınağa çəkib. Yuri Syominin komandası Milinko Pantiçin yetirmələrini məğlub yola salıblar.
Bakıda keçirilən qarşılaşmada AZAL hazırkı lider "Neftçi" ilə üz-üzə gəlib. Gərgin və prinsipial qarşılaşmanın qalibi nə qədər gözlənilməz olsa da, "təyyarəçilər" olub. Paytaxt derbisi ilə eyni vaxtda Lənkəranda "Xəzər Lənkəran" - "Sumqayıt" qarşılaşması da start götürüb. 7 qolun vurulduğu qarşılaşmanın qalibi meydan sahibləri olub.
Növbəti oyun isə Bayılda keçirilib. "Rəvan" doğma meydanda "Simurq"u qəbul edib. Ötən tur AZAL-a 3 qol vuran Zaqatala təmsilçisi bu dəfə eyni aqibəti "Rəvan"a yaşadıb.
Günün və turun son oyunu isə mərkəzi arenada baş tutub. Çempionluğa iddialı "Qarabağ" Bakı təmsilçisi "İnter"lə qarşılaşıb. Ağdam klubu qələbə qazanaraq yenidən liderliyə yüksəlib. Turu məğlub başa vuran "Neftçi" 3-cü pilləyə düşübsə, "Qəbələ" qış fasiləsinə 2-ci pillədə yollanıb.
Topaz Premyer Liqası
18-ci tur
20 dekabr
QƏBƏLƏ - BAKI - 2:0 (1:0)
Qollar: D.Subotiç, 19 (1:0), L.Ebesilio, 90+4 (2:0).
Qırmızı vərəqə: Ş.Əliyev, 90+3 (2-ci sarı vərəqə).
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Coşqun Həsənov, Fərid Məmmədov.
Qəbələ. Qəbələ şəhər stadionu.
QƏBƏLƏ: 27. David Petrkeviç, 3. Nikola Valentiç, 4. Amit Quluzadə, 6. Vladimir Levin (k), 8. Nizami Hacıyev, 10. Dodo, 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva.
Ehtiyat oyunçular: 55. Cavidan Hüseynzadə, 5. Sadiq Quliyev, 9. Viktor Mendi, 11. Yannik Kamanan, 17. Nuran Qurbanov, 19. Abdulvahid Afolabi, 84. Deyan Kelhar.
BAKI: 29. Kamran Ağayev (k), 3. Yure Travner, 5. Ruben Qonzales, 8. Cavid Hüseynov, 11. Rauf Əliyev, 12. Etto, 15. Alberto Noquera, 17. Risto Ristoviç, 21. Elvin Məmmədov, 23. Lukas Mario Horvat. 34 Şəhriyar Əliyev.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 10. Aleksandar Soliç, 16. Xavyer Junior, 20. Mindauqas Kalonas, 22. Namiq Ələsgərov, 24. Georgios Pelagios, 31. Vüqar Mustafayev.
AZAL - NEFTÇİ - 2:1 (1:0)
Qol: C.Oluremi, 18 (1:0), R.Sadiqov, 60 (1:1), A.Şemonayev, 90 (2:1).
Qırmızı vərəqə: M.Şükürov, 80 (2-ci sarı vərəqə), E.Yunuszadə, 83.
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov.
Bakı. “AZAL Arena” stadionu.
AZAL: 1. Ruslan Məcidov, 2. Xuan Fransisko, 3. Aleksandr Şemonayev, 4. Junior Aylton, 7. Cavid Tağıyev, 10. Con Oluremi, 15. Oskar Klava, 17. Viktor İqbekoyi (k), 18. Samuel Barlay, 20. Branislav Arsenyeviç, 31. Şəhriyar Rəhimov.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 6. Natiq Kərimi, 8. Qərib İbrahimov, 21. Rey Məmmədbəyli, 23. Tural Nərimanov, 28. Emin Cəfərquliyev, 32. Vladimir Boqdanoviç.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 4. Tərlan Quliyev, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavinyo, 11. Melvin Platye, 15. Erik Ramos, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 3. Denis Silva, 10. Cavid İmamverdiyev, 14. Bahodır Nasimov, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 28. Emin Mehdiyev.
XƏZƏR LƏNKƏRAN - SUMQAYIT - 4:3 (3:1)
Qollar: S.Tounkara, 20 (1:0), D.Sakkoni, 28 (2:0), O.Əliyev, 40 (2:1), E.Mbilla, 45 (3:1), E.Mbilla, 51 (4:1), P.F.Azad, 78-pen (4:2), R.Nəsirli, 82 (4:3).
Hakimlər: Ramil Əhmədov, Yaşar Abbasov, Vaqif Musayev, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev.
Lənkəran. “Xəzər Lənkəran” mərkəzi stadionu.
XƏZƏR LƏNKƏRAN: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev (k), 16. Adrian Pit, 18. Tural Cəlilov, 20. Etame Mbilla, 22. Deyvid Sakkoni, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 33. Duqlas Leyte, 8. Eduard Oriol, 9. Uğur Pamuk, 11. Zohair Benuahi, 12. Junior Nildo, 21. Radomir Todorov, 55. Ağabala Ramazanov.
SUMQAYIT: 12. Elçin Sadıqov, 5. Kərim Diniyev, 7. Pərdis Fərcad-Azad, 8. Aqşin Muxtaroğlu, 9. Orxan Əliyev, 11. Ruslan Nəsirli, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 21. Məhəmməd Mirzəbəyov, 86. Elşən Abdullayev, 92. Bəxtiyar Həsənalızadə (k).
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 25. Fərid Kərimzadə, 76. Bayram Nuruzadə.
RƏVAN - SİMURQ - 0:3 (0:3)
Qollar: D.Çeran, 22 (0:1), R.Kostin, 39 (0:2), S.Polyak, 45 (0:3).
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Nahid Əliyev, Sərxan İsmayılov.
Bakı. “Bayıl Arena”.
RƏVAN: 1. Lukaş Sapela, 6. Ceyhun Cavadov, 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov (k), 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov, 27. Rəşad Abdullayev, 30. Cəmşid Məhərrəmov, 33. Sohib Savankulov, 38. İvan Pexa, 40. Mişel Balokoq.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 8. Frederik Holster, 11. Kamil Nurəhmədov, 16. Orxan Lalayev, 19. Hüseyn Axundov, 24. Yamin Ağakərimzadə, 89. Vüsal Qarayev.
SİMURQ: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k), 8. Patrik Osiako, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 16. Məhərrəm Hüseynov, 22. Salif Ballo, 28. Nenad Kiso, 77. Nicat Qurbanov.
QARABAĞ - İNTER - 2:0 (0:0)
Qollar: V.Nadirov, 58 (1:0), R.Almeyda, 65 (2:0).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
QARABAĞ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Çumbinyo, 99. Nikolas Gelaşvili.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 11. Ulrix Kapolonqo, 18. İlqar Qurbanov, 33. Təmkin Xəlilzadə, 41. Leroy Corc.
İNTER: 1. Georgi Lomaya, 3. Laşa Salukvadze, 4. İvan Benites, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 19. Sezar Meza Kolli, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 96. Səlahət Ağayev, 6. Samir Zərgərov, 8. Mikel Alvaro, 9. Aleksandr İaşvili, 11. Asif Məmmədov, 24. Fuad Bayramov.
| 1 | Qarabağ | 18 | 10 | 6 | 2 | 31 | 11 | +20 | 36 |
| 2 | Qəbələ | 18 | 11 | 2 | 5 | 27 | 16 | +11 | 35 |
| 3 | Neftçi | 18 | 10 | 4 | 4 | 27 | 19 | +8 | 34 |
| 4 | İnter | 18 | 8 | 3 | 7 | 27 | 21 | +6 | 27 |
| 5 | Bakı | 18 | 8 | 3 | 7 | 29 | 21 | +8 | 27 |
| 6 | Simurq | 18 | 6 | 7 | 5 | 19 | 14 | +5 | 25 |
| 7 | AZAL | 18 | 6 | 6 | 6 | 17 | 23 | –6 | 24 |
| 8 | XL | 18 | 5 | 7 | 6 | 16 | 24 | –8 | 22 |
| 9 | Rəvan | 18 | 1 | 6 | 11 | 9 | 32 | –23 | 9 |
| 10 | Sumqayıt | 18 | 1 | 4 | 13 | 11 | 32 | –21 | 7 |
Bombardirlər:
9 - Vaqif Cavadov (İnter)
7 - Reynaldo (Qarabağ), Mindauqas Kalonas (Bakı), Daniel Subotiç (Qəbələ)
9 - Vaqif Cavadov (İnter)
7 - Reynaldo (Qarabağ), Mindauqas Kalonas (Bakı), Daniel Subotiç (Qəbələ)
6 - Leonardo da Silva (Qəbələ), Əfran İsmayılov (Bakı), Etame Mbilla (Xəzər Lənkəran).
