19 dekabr 2013 12:33
U-19-un toplanışına daha bir futbolçu çağırılıb
2014-cü ilin yanvar ayında Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının dekabrın 23-dən etibarən Bakı şəhərində təşkil olunacaq təlim-məşq toplanışına daha bir futbolçu - Almaniyanın FC Rot-Weiss Essen klubunun üzvü Sinan Özkara - dəvət olunub.
(AFFA)
