19 dekabr 2013 12:12
Şahdağ - MOİK oyunu Bakıya təyin edildi
Qusar şəhər stadionunun ot örtüyünün hava şəraiti ilə əlaqədar olaraq yaxşı vəziyyətdə olmaması səbəbindən “Şahdağ” - MOİK oyunu Bakı şəhərində keçiriləcək. Azerisport.az xəbər verir ki, “Şahdağ” klubunun PFL-lə müraciətini və MOİK klubunun razılıq məktubunu nəzərə alaraq, Ramin Musayev qərar verib:
1. Futbol üzrə Azərbaycan I Divizionun XV turunun “Şahdağ” - MOİK matçı 21 dekabr 2013-cü il tarixindən 22 dekabr 2013-cü il tarixinə dəyişdirilsin və matç “Bakı” FK-nın təlim-məşq bazasının stadionunda keçirilsin;
2. XV turda meydan sahibi kimi MOİK klubu, XXIII turda meydan sahibi kimi “Şahdağ” klubu qeydə alınsın.
(PFL)
