19 dekabr 2013 11:55
Əliyar Ağayev ikinci kateqoriyada yer aldı
UEFA 2013/2014-cü il mövsümünün ikinci yarısı üçün hakimlərin yeni kateqoriyalarını açıqlayıb. Azerisport.az xəbər verir ki, FIFA referisi Əliyar Ağayev ikinci kateqoriyaya daxil edilib və bu kateqoriyada olan hakimlərimizin sayı ikiyə yüksəlib.
Xatırladaq ki, daha əvvəl FIFA referisi Anar Salmanov da UEFA-nın ikinci kateqoriyasına daxil olunmuşdu.
(AFFA)
