19 dekabr 2013 11:44
Qurban Qurbanov: Komandamız güclənməlidir
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına açıqlamasında yanvarda olacaq dəyişikliklər barədə danışıb:
"Komandamız güclənməlidir. Gedənlərdən çox gələnlər barədə düşünürük. Heyəti gücləndirmək üçün iki-üç futbolçunun alınması gözlənilir. İndi bu barədə danışmaq çətindir. Bəzi futbolçularımızla yanvarda yollarımızı ayırıb onları pis vəziyyətdə qoymaq istəməzdik. Çünki, Azərbaycanda əksəriyyəti azad agent statuslu futbolçularla maraqlanır. Eyni zamanda, qışda güclü transfer etmək də çətindir. Adətən, ən vacib transferlər yaya təsadüf edir. Yanvarın əvvəlindən başlayaraq komanda hazırlığa başlayacaq. Fevraldan bizi daha çətin oyunlar gözləyir".
