19 dekabr 2013 11:33
Boyan İliç: Foqts Reynaldonu yığmaya dəvət etməlidir
“Qarabağ”ın sabiq yarımmüdafiəçisi, hazırda futbol agenti işləyən Boyan İliç azerisport.az saytına müsahibəsində, Berti Foqtsla müqavilə müddətinin artırılmasına dair fikrini bildirməklə yanaşı, alman mütəxəssisə məsləhət də verib.
“Foqts Azərbaycan üçün yaxşı variantdır. Düşünürəm ki, hazırda ən yaxşıdır. Aslan Kərimovla Mahmud Qurbanovu yığmaya dəvət etmiş AFFA da düzgün qərar verdi. Onlar yaxşı futbolçu olub. Əminəm ki, yaxşı məşqçi də olacaqlar. Onlara uğurlar arzu edirəm.
Həmçinin, demək istəyirəm ki, əgər Foqts, yığmanın Premyer Liqadan olan legionerlə gücləndirmək istəyirsə, bu, mütləq Reynaldo olmalıdır. O, yığmada oynamalıdır. Futbolçunun özü də bunu istəyir”.
