19 dekabr 2013 11:22

Azərbaycan Avro-2016-nın reqlamenti və təqvimi ilə tanış oldu

Avro-2016-nın reqlamenti açıqlanıb. Azerisport.az xəbər verir ki, reqlamentdə təsnifat mərhələsi daxil olmaqla, 2016-cı ilin 10 iyulunda Parisdə keçiriləcək final oyununa qədər yarışın gedişiyyatı əksini tapıb.
 
Bu Avropa çempionatı ilk dəfə olaraq 24 komandanın iştirakı ilə keçiriləcək. Fransa ev sahibi kimi turnirə birbaşa vəsiqəni təmin edib. Final mərhələsinə qatılmaq üçün 53 milli komanda təsnifat mərhələsində mübarizə aparacaq. Yığmalar hər birində beş və ya altı iştirakçı olmaqla, qruplara bölünəcək. Təsnifat mərhələsinin püşkatma mərasimi 2014-cü il fevralın 23-də Fransanın Nis şəhərində keçiriləcək. Qitə birinciliyinin final mərhələsinin 10 iyun-10 iyul aralığında keçirilməsi nəzərdə tutulub.
 
Komandalar səbətlərə bölünəcək. Bölgü zamanı UEFA-nın əmsallar cədvəli əsas götürüləcək. Bu barədə məlumat, UEFA İcraiyyə Komitəsinin 2014-cü ilin yanvarın 23-ü və 24-də İsveçrənin Nyon şəhərində keçiriləcək iclasından sonra elan ediləcək.
 
UEFA, təsnifat mərhələsinin keçirilmə sxemində də dəyişiklik edib. Bu addım, azarkeşlərin oyunları televiziya vasitəsi ilə izləməsinə daha çox imkan yaratmaq üçün atılıb.
 
“Futbol həftəsi” adlı yeni konsepsiyaya görə, oyunların cümə axşamından çərşənbə axşamına qədər keçirməsi nəzərdə tutulub. Oyunların başlama vaxtı istirahət günləri Mərkəzi Avropa vaxtı ilə (CET) 18:00, 20:45, iş günlərində isə 20:45-ə təyin edilib. Cütlük oyunları növbəti sxemlə oynanılacaq:
Cümə axşamı/bazar günü, cümə/bazar ertəsi və ya şənbə/çərşənbə axşamı
 
UEFA-nın baş katibi Canni İnfantino bu barədə bildirib: “Avropa təsnifat mərhələsinin oyunlarını bir neçə günə bölməyimiz və yığmaları eyni gündə oyun keçirmək məcburiyyətindən azad etməyimiz faktı, yarışın vizual izlənmə imkanlarını artırıb. “Futbol həftəsi” konsepsiyası hər gün səkkiz-on oyun keçirməyi nəzərdə tutub. Bu, bir gündə 20-30 oyun keçirməkdən fərqlidir”.
 
Seçmə oyunların keçirilmə vaxtı:
 
Tur 1: 7/8/9 sentyabr 2014
Tur 2: 9/10/11 oktyabr 2014
Tur 3: 12/13/14 oktyabr 2014
Tur 4: 14/15/16 noyabr 2014
Tur 5: 27/28/29 mart 2015
Tur 6: 12/13/14 iyun 2015
Tur 7: 3/4/5 sentyabr 2015
Tur 8: 6/7/8 sentyabr 2015
Tur 9: 8/9/10 oktyabr 2015
Tur 10: 11/12/13 oktyabr 2015
 
Doqquz qrup qalibi və qrup ikincisi, o cümlədən ən yaxşı nəticəni göstərmiş qrup üçüncüsü final mərhələsinə birbaşa vəsiqə əldə edəcək. Digər üçüncü yer sahibləri isə yarışa qatılmaq üçün pley-off oyunlarında gücünü sınayacaq.
 
Pley-off oyunlarının keçirilmə vaxtı:
 
İlk oyunlar: 12/13/14 noyabr 2015
Cavab oyunları: 15/16/17 noyabr 2015

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.