19 dekabr 2013 10:44

Milinko Pantiç: Siz yayda gələn məşqçidən sentyabrda nəticə istəyirsiniz

"Bakı"nın baş məşqçisi Milinko Pantiç azerisport.az saytına müsahibəsində çempionatın fasilə ərəfəsindəki son oyunundan, komandasında dəyişiklikdən, avrokuboklara vəsiqə uğrunda mübarizədən danışıb.

- Son matçda Qarabağa qalib gəldiniz. Bakı öz uğuruna inanırdı?
- Son oyunlarda nisbətən yaxşı təsir bağışlayırıq. “Qarabağ” kimi komandanı məğlub etdik. Çətin oldu, amma mübarizəni davam etdiririk. Matç zamanı səhvlər də olur, lakin məqsəd daha xal itirməməkdir. “Qəbələ” ilə oyundan sonra fasiləyə gedirik, ona görə son oyuna hazırlaşmaq lazımdı.

- “Qəbələ” haqda nə deyə bilərsiniz?
- Bu komanda yaxşı futbolçulardan formalaşıb. Çempionata yaxşı başlayıblar. Hücum xəttində sürətli futbolçuları var. Ciddi oynamalıyıq. Bununla belə Bakı qələbə üçün oynayacaq. Onlardan xal alsaq, turnir cədvəlində mövqeyimizdə irəliləyiş olacaq.

- Çoxları çempionluq yolunda “Neftçi”, “Qarabağ” və “Qəbələ”nin adını çəkir. Sizin komandanın siyahıda olmaması narahatlıq yaratmır?
- Bu komandalar ilk üçlüyü qapayır. Ona görə düz deyirlər. Digər tərəfdən, hər bir komanda "Bakı" ilə oynamalı olacaq. Çempion olmaq istəyən də bizimlə hesablaşmalıdır. Mən buna görə narahat deyiləm. Komandam üzərində daha çox çalışmalıdır ki, turnir cədvəlində irəliləyə bilsin.

- Sizcə artıq komandanı tanıya bilmisiniz? Nə qədər vaxta istədiyiniz "Bakı"nı yarada biləcəksiniz?
- Futbolçuları tanıyıram. Kimin nəyə qadir olduğunu bilirəm. Sadəcə, istədiyim komandanı yaratmaq müddətini söyləmək çətindir. Bu 1 ilə də ola bilər, 2-3 ilə də. Zaman hər şeyi göstərir. Biz sabit uğur qazana bilən döyüşkən komanda görmək istəyirik.

- Con Toşak kimi məşqçiyə də Azərbaycanda işləmək alınmadı. Doğurdan bizim ölkədə işləmək çətindir?
- Siz  yayda gələn məşqçidən sentyabrda nəticə istəyirsiniz. Deyirlər ki, komandan bütün oyunları udmalıdır. Futbolda səbr olmalıdır. Digər tərəfdən, çempionatınızda güclü komandaların çox olduğunu deməliyəm. Ona görə gərək hər bir oyuna diqqətli yanaşasan. Çətindir, əlbəttə. Amma bacarmasaydıq bu işə razılaşmazdıq.

- Klubun prezidenti "Atletiko" və "Lans"dan "Bakı"ya futbolçu gələ biləcəyini söyləyib.
- Hər iki komandayla əməkdaşlıq barədə düşünürük. Onlarla müqaviləsi olan bəzi futbolçuların komandamda oynaması realdır. Sadəcə bəzi detalları dəqiqləşdirmək lazımdı. Həmin oyunçularla biz klubu gücləndirə bilərik.

- Gedənlər çox olacaq yoxsa gələnlər?
- Yanvarda bir neçə oyunçu ilə yollarımızı ayıracağıq. Son oyundan sonra fikrimiz dəqiqləşəcək. Yeni gələn futbolçular güman ki, legioner olacaq. Çünki, yaxşı yerli futbolçuların klubları ilə müqaviləsi var. Bəzi legionerləri gözaltı etmişəm. Ad çəkmək istəməzdim, məsələ dəqiqləşəndən sonra adlarını biləcəksiniz.

- Çempionatda şansınız az görünür. Bu halda "Bakı"nı avrokubokda görmək mümkün olacaq?
- Biz sona qədər mübarizə aparacağıq. Qaşıda hələ daha 18 tur var. Çempionatda az da olsa şans var. Üstəlik, ölkə kubokunda gərgin mübarizə olacaq. "Bakı" sona qədər mübarizə apararaq avrokuboklara vəsiqələrdən birinə sahib olmağa çalışacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.