19 dekabr 2013 10:33
Azərbaycan FIFA reytinqində göstəricisini yaxşılaşdırıb
Futbol üzrə Azərbaycan millisi FIFA reytinqində göstəricisini yaxşılaşdırıb. Azerisport.az xəbər verir ki, noyabr reytinqi ilə müqayisədə Berti Foqtsun yetirmələri bir pillə irəliləyərək 94-cü sırada qərarlaşıb.
Millinin heyətində 363 xal var.
Ümumilikdə isə Azərbaycan yığması son bir il ərzində reytinq cədvəlində göstəricisini 24 pillə yaxşılaşdıra bilib. Yığmamız 118-ci pillədən 94-cü pilləyə yüksəlib və xal ehtiyatını 86 xal artırıb.
