19 dekabr 2013 22:33
Rəşad Sadıqov AZAL barədə danışdı
"Neftçi"nin futbolçusu Rəşad Sadiqov azerisport.az saytına açıqlamasında AZAL-a qarşı keçiriləcək oyun barədə danışıb:
"Fasilə ərəfəsində son oyun həmişə çətin olur. Amma liderliyə yüksələndən sonra bu pillədə qalmaq istəyirik. Fikirləşirəm ki, AZAL-a qarşı oyun çətin olacaq. Çünki, bizə qarşı hamı ikiqat əzmlə oynayır. Məqsədimiz meydana çıxıb qələbə qazanmaqdır. “Neftçi” hazırda yaxşı oyun nümayiş etdirir. Qələbə qazanmaqla fasiləyə lider kimi yollanmaq istəyirik. Fasilədən sonra isə çempionluq uğrunda mübarizəni davam etdirəcəyik. “Neftçi” sona qədər mübarizəni davam etdirərək güclü olduğunu sübut edəcək".
Futbolçu çempionatda rəqabətin artdığını da söylədi: "Hazırda çempionatda bir neçə komanda liderlik uğrunda yarışır. Fevralda rəqabət artacaq. Çünki, komandalar güclənəcək. Bu mənada Neftçi hər rəqabətə hazır olacaq. Qarşıda bizi 18 oyun gözləyir. İndidən çempionatda kimin hansı yeri tutacağını demək düzgün olmaz".