19 dekabr 2013 18:00
Rubinin rəsmi saytı: Azərbaycanlı universala premyer-liqada oynamağa legioner limiti də mane olur
Kazan “Rubin”in rəsmi saytı Ruslan Abışov haqda yazı dərc edib. Azerisport.az sizi həmin yazının qısa icmalı ilə tanış edir:
“Ruslan Abışov “Rubin” üçün hələlik avrokubok oyunçusudur. Cari mövsümdə Avropa Liqasında dörd oyuna çıxmış futbolçu, Rusiya çempionatında bir oyuna belə çıxmayıb.
Azərbaycanlı universala premyer-liqada oynamağa legioner limiti də mane olur. Abışov iştirak etdiyi oyunlarda özünü möhkəm, keyfiyyətli dağıdıcı kimi göstərib.
Yığmada bəzən kapitan sarğısını daşıyan 26 yaşlı Abışov, rəqib qapısına təhlükə törədə bilir. Millidə 38 oyuna 4 qol vurmuş futbolçu, bu qollardan ikisini son təsnifat mərhələsində vurub.
Oyunçunun özü yığmada liderlərdən biridir. Klubda isə öz şansının səbrlə gözləyib. Axı onun mövqeyində “Rubin”də rəqabət böyükdür. Pərəstişkarları Abışovun tezliklə Rusiya premyer-liqasında oynayacağını səbirsizliklə gözləyir”.
