19 dekabr 2013 17:55
Saşa Yunisoğlu Dənizlisporda məşqlərini dayandırdı
Azərbaycanlı müdafiəçi Saşa Yunisoğlu Türkiyənin “Dənizlispor” klubunda məşqlərini dayandırıb. Azerispor.az xəbər verir ki, futbolçu dünəndən komandada ilə birgə məşq etmir.
Futbolçunun öz sözlərinə görə, buna səbəb, ombasının arxa tərəfindəki zədədir. Zədənin sağalması təxminən on gün vaxt apara bilər. Bu səbəbdən Yunisoğlu, komandasının son oyunlarını meydandan kənarda izləməli olacaq.
