19 dekabr 2013 17:33
Vaqif Sadıqov: Yəqin ki, Neftçiyə qarşı statistikamızı dəyişmək vaxtı gəlib çatıb
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov azerisport.az saytına açıqlamasında, futbol üzrə Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçiriləcək oyun haqda fikirlərini bölüşüb:
“Başa düşürük ki, bu, ilin son oyunudur və oyunu nikbin notlarda başa vurmaq gərəkdir. Rəqib - çempionatın lideridir. Bu, çox qıcıqlandırıcıdır. Düşünürəm ki, komanda müsbət nəticə üçün mütləq səy göstərmək istəyəcək. Ən əsəsı, yarış cədvəli bizi çempionatda irəli getməyə səsləyir. Yoxsa biz heç nəyi həll edə bilməyəcək komandalar qrupunda yer ala bilərik. “Neftçi ilə oyunlarımız yaxşı alınmır. Statistika onların tərəfindədir. Yəqin ki, bunu dəyişməyin vaxtı gəlib çatıb”.
