19 dekabr 2013 17:00
Atletiko yenidən Bakıya gələcək
İspaniyanın "Atletiko" klubu yay hazırlığını Azərbaycanda keçə bilər. Azerisport.az xəbər verir ki, Madrid təmsilçisi hazırda bir neçə variant üzərində müzakirələr aparır.
"Bakı" klubu onlara Azərbaycana gələrək paytaxt Bakıda məşq etməyi təklif edib. Yay aylarında Bakının isti olmasını nəzərə alsaq, hazırlıq Qubada da baş tuta bilər. Hələlik "Atletiko" son qərarını açıqlamayıb. İspaniya təmsilçisinin yay hazırlığı bir neçə ölkədə keçirilir. Adətən, hər hazırlıq 2-3 həftə davam edir.
