19 dekabr 2013 16:44

Türkiyə mediası: Foqts 2020-yə qədər Azərbaycanda qalacaq

Türkiyənin NTV Spor kanalı futbol üzrə Azərbaycan yığması barədə süjet hazırlayıb. Azerisport.az xəbər verir ki, türkiyəli həmkarlarımız alman məşqçinin postunda qalmasının gözlənilən olduğunu deyib.
 
Onların fikrincə, əgər yığma hər seçmə mərhələdə daha çox xal toplayırsa deməli, irəliləyiş var: "Azərbaycan millisi növbəti 2 ildə də Berti Fotqsla olacaq. AFFA yeni müqavilə imzaladı və hədəfləri açıqladı. Maraqlıdır ki, bu posta başqa namizəd yox idi. Yəni azərilər 6 il almanla çalışdı və növbəti dəfə ona etibar etdi. Əslində Azərbaycan millisində işləmək həm asandı, həm çətin. Bu komanda Avropa və dünya çempionatlarının final mərhələsinə vəsiqə uğrunda yarışmır. Sadəcə daha çox xal toplamaqla sonuncu olmamaq üçün çalışır".

NTV məlumat verir ki, Berti Foqts 2020-ci ilə qədər Azərbaycanda işləyəcək. Çünki, əsas hədəf kimi 2020-ci ildə keçiriləcək Avropa çempionatıdır: "Bakı Avro-2020-nin 5 oyunun keçirmək istəyir. Əlbəttə, belə olanda Azərbaycan millisinin orada oynaması üçün işlər aparılmalıdır. 4 seçmə mərhələdə millinin baş məşqçisi olan Foqts 2020-ci ilə qədər qalacaq. Çünki, növbəti 4 ildə başqa məşqçiyə etibar etmək riskli olacaq. Alman məşqçi federasiya tərəfindən dəstəklənir və ona görə rahat işləyir. Millinin xaricdə oynayan futbolçusu yoxdur. Güclü çempionatlarda azəriləri görmək mümkün deyil. Buna görə Foqts əlində olan futbolçularla kifayətlənir.

Azərbaycan mediası və futbol ictimaiyyəti onu sevmir. Bununla belə Foqts federasiya tərəfindən dəstək alır. Növbəti seçmə mərhələdə Azərbaycan millisinin əsas hədəfi daha çox xal toplamaq və qrupda 4-5-ci yerləri tutmaq olacaq. Əlbəttə, azərilər 3-cü yerə oynaya bilər. Amma şanslar azdı. Güclü rəqiblərə qarşı Azərbaycan o qədər inamlı oynamır. Yığma üzvləri demək olar dəyişmir. Ardıcıl bir neçə oyuna eyni heyət çıxır. Azərbaycan futboluna çoxlu sayda pul yatırılır. Amma uşaq futbolunun nəticəsi yalnız növbəti 3-4 ildən sonra özünü göstərəcək. 

Ölkədə stadion problemi həll olunub. Əvvəllər yalnız Bakıda yerləşəm mərkəzi stadion olub. İndi isə Azərbaycanda 5-dən çox arena var. Hər klubun öz stadionu var və daha biri tikilməkdədir. Olimpiya stadionunun tutumu 65 min olacaq. Azərbaycan futbolu inkişaf ilinə qədəm qoyur. Qardaş ölkə bir neçə ildən sonra daha güclü komandaya nəsib ola bilər". 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.