19 dekabr 2013 16:16
Alvaro Silva: Bütün heyəti qovmaq olmazdı, buna görə də Toşakla kifayətləndilər
“Xəzər Lənkəran”ın müdafiəçisi Alvaro Silva azerisport.az saytının suallarını cavablayıb:
- “Sumqayıt”a qarşı oyundan nə gözləyirsiniz?
- Deməzdim ki, biz favoritik. Sadəxə, bizim komanda hər oyuna qələbə üçün çıxır. Biz “Sumqayıt”ı məğlub etmək fikrindəyik və fasiləyə yaxşı əhvalda yollanmaq istəyirik. Ümid edirəm ki, qış fasiləsindən sonra azarkeşlər tyam başqa komanda görəcəklər.
- Medallara ümid edirsiniz?
- Şanslar həmişə var. Qarşıda hələ 19 tur var. Hər oyunda üç xal qazanmaq olar. Bu, 57 xal deməkdir. Əlbəttə, bu, asan olmayacaq. Ancaq mümkünsüz heç nə yoxdur. Qış fasiləsindən sonra biz baş məşqçini daha yaxşı tanıyacağıq. O da bizə öyrəşəcək.
- Mustafa Dənizli komandaya nə yeniliklər gətirdi?
- Yeni məşqçi həmişə yeni duyğular, yeni metodlar deməkdir. Dəyişikliklər var. Meydanda və kənarda da. Onun böyük komandalarda işlədiyi aşkar görünür. Əgər biz onun istədiklərini edə bilsək, uğur qazanacağıq.
- Toşakla uğursuzluqdan sonra çoxları düşünür ki, Lənkəranda işləmək çətindir.
- Hər bir kəsin öz fikir haqqı var. Ancaq mən əminəm ki, Dənizli ilə iş, bizə uğur gətirəcək. Qara zolaq artıq geridədir. Son üç oyunda biz yaxşı futbol göstəririk. Bir qol da buraxmamışıq. Məşqçiyə hələ vaxt lazımdır.
- Necə düşünürsünüz, nə üçün Toşakın işi alınmadı?
- Bütün uğursuzluqlar üst-üstə qalandı. Bəxtimiz gətirmirdi. Ancaq bütün təzyiq məhz məşqçi üzərinə düşür. Komandada 25 nəfər var. Bütün heyəti dəyişmək olmaz. Belə halda, hər şeyə görə məşqçi cavab verməli olur. Bu, normaldır.
- Sizin “Xəzər Lənkəran”ı tərk edəcəyiniz hər hansı variant varmı?
- Mən qalmaq istəyirəm. Bu komanda xoşuma gəlri. Bilirəm ki, yeni oyunçular cəlb ediləcək. Əgər yeni məşqçi qərargahının planlarına uyğun gəlməsəm, buna hörmətlə yanaşacağam. Hər şeyi onlar həll edir. Onlar da buna görə cavabdehdir.
- Uğursuz mövsümü necə xilas etmək olar?
- Sona qədər mübarizə lazımdır. Bizim hələ də avrokuboklara düşmək şansımız var. Bundan istifadə etmək lazımdır. Kubokda 1/4 finala çıxmışıq. İkicə addım atmaq qalıb.
