19 dekabr 2013 15:15
Çertoqanov Sumqayıtı tərk etdi
“Sumqayıt”ın yarımmüdafiəçisi Çertoqanov belində baş qaldırmış ağrılar səbəbi ilə, komandasının futbol üzrə Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçiriləcək oyununu buraxmalı olacaq. Azerisport.az xəbər verir ki, həkimlər futbolçuya qısa müalicə yazıblar.
İlin yekununu nəzərə alan futbolçu Vətəni Ukraynaya yollanacaq və “kimyaçılar”ın düşərgəsinə toplanışlara qədər qayıdacaq.
